Premyer Liqa: “Qarabağ” “Kəpəz”i, “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Premyer Liqa: “Qarabağ” “Kəpəz”i, “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti iki oyunu keçiriləcək.

“Report”un məlumatına görə, ilk olaraq “Qarabağ” “Kəpəz”i qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək qarşılaşma saat 16:00-da başlayacaq. Ağdam təmsilçisi 20 xalla üçüncü, Gəncə klubu 6 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Günün digər matçında “Araz-Naxçıvan” “Sumqayıt”ın qonağı olacaq. “Kapital Bank Arena”da reallaşacaq görüş saat 18:00-da start götürəcək. Meydan sahibləri 15 xalla 7-ci, Naxçıvan təmsilçisi 20 xalla 4-cü sıradadır.

Azərbaycan Premyer Liqası

XII tur

16:00. “Qarabağ” – “Kəpəz”

Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Anar Şixəliyev.

Tofiq Bəhramov adına Respublika stadionu

18:00. ”Sumqayıt” – “Araz-Naxçıvan”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

“Kapital Bank Arena”

Qeyd edək ki, turun “Qəbələ” - “Neftçi” və “Sabah” - “Zirə” oyunları noyabrın 5-də gerçəkləşəcək. Ötən gün “Səbail” evdə “Turan Tovuz”u 2:1 hesabı ilə üstələyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            963 04.11.23 14:25