Alman generaldan şok müharibə proqnozu - “2032-ci ilə qədər...” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Alman generaldan şok müharibə proqnozu - “2032-ci ilə qədər...”

Qərbin Ukraynanın müdafiə potensialına dəstəyi uzun illərin vəzifəsidir, ona görə də Almaniya artıq 2032-ci ilə qədər bu ehtiyaclar üçün öz xərclərini planlaşdırır.

Median.Az
teleqraf.com-a istinadən bildirir ki, bunu Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə xüsusi qərargahının rəisi, general-mayor Kristian Freydinq deyib.

General qeyd edib ki, Ukrayna Rusiyaya qarşı hazırkı müharibədə hərbi yolla qalib gəlməyə kifayət qədər qadirdir. Amma yekun sülh danışıqları olmalıdır ki, bunda çox şey hər iki tərəfin danışıqlar otağına hansı mövqelərlə girəcəyindən asılı olacaq.

Qərbin Ukraynaya dəstəyinə gəlincə, Freydinqin fikrincə, bu, köklü şəkildə dəyişib - ilk vaxtlar müvəqqəti yardım anlayışından danışılırdısa, indi uzunmüddətli planlaşdırmadan bəhs olunur.

"Bir şey məlumdur: Ukraynaya hərbi dəstək onilliyin sonuna və ondan sonrakı dövrə qədər bir vəzifədir. Bizim büdcə planlamamızda artıq 2032-ci ilə qədər vəsait nəzərdə tutulub, bu da bizim qətiyyətimizi göstərir. Mənim üçün azadlıq mübarizəsinin bitmə tarixi yoxdur", - alman general bildirib.

Freydinqin sözlərinə görə, Ukraynanın tərəfdaşları mümkün olan hər şeyi etməlidir ki, zaman Rusiya lideri Vladimir Putinin xeyrinə yox, onun əleyhinə işləsin.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            444 03.11.23 22:20