15-16 noyabrda dezinformasiya yayanlarla bağlı tədbir görüldü: Bir nəfər saxlanıldı... » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:17 Mingəçevirdə kütləvi dava: İki nəfər bıçaqlandı  |     13:15 Ucarda 11 yaşlı oğlanın qardaşını öldürməsinin TƏFƏRRÜATI - VİDEO  |     13:13 Bakıda BMW ilə toqquşan motosiklet ALIŞDI  |     13:09 “ƏDV geri al” layihəsi ilə bağlı növbəti aydan dəyişikliklər ediləcək - AÇIQLAMA  |     13:01 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:57 Kəlbəcərin daha bir kəndindən görüntülər - VİDEO  |     12:54 DİN-də yeni TƏYİNAT  |     12:53 Naftalanda 34 yaşlı qadın dəm qazından zəhərlənib  |     12:50 Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar  |     12:48 Ağdaşda qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı  |     12:47 Hindistanda ordunun əməliyyat səhvinə görə 14 nəfər həlak oldu  |     12:46 Azərbaycanda avtomobil su kanalına düşdü: Ölənlər var  |     12:44 Türkiyədə kəndin əhalisi bir gündə 70 dəfə artdı  |     12:39 COVID-19 xəstələrinin müalicəsində təhlükəli səhv açıqlandı  |     12:38 Roma Papası pravoslav xristianlardan üzr istəyib  |     12:21 Çində sürücüsüz avtobusların sınaqlarına başlanıb - VİDEO  |     12:08 Avstraliya parlamenti bağlandı  |     11:57 Bakıda mənzildə 53 yaşlı kişinin meyiti tapıldı  |     11:37 Belarus Ukraynaya nota verdi  |     11:30 YPX avtomobili qəzaya düşüb  |    

15-16 noyabrda dezinformasiya yayanlarla bağlı tədbir görüldü: Bir nəfər saxlanıldı...
Baş Prokurorluqda Ermənistanın Kəlbəcər və Laçın rayonları ilə sərhədboyu ərazilərdə 15 və 16 noyabr 2021-ci il tarixlərdə törətdiyi silahlı təxribatla əlaqədar bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən həqiqətə uyğun olmayan məlumatların paylaşılması ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Müəyyən edilib ki, dörd nəfər şəxs – Ziyatay Muradov, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyev qeyd edilən hadisələrlə bağlı sosial şəbəkələrdə ictimaiyyətdə təşvişə səbəb ola biləcək, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad edilməyən, süni ajiotaj yaratmaq məqsədilə həqiqətə uyğun olmayan məlumatlar paylaşıblar.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Ziyatay Muradov barəsində toplanmış materiallar əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyevə isə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.

Baş Prokurorluqdan bildirilib ki, bu istiqamətdə işlər davam etdirilməklə süni ajiotaj yaratmaq məqsədilə yalan və dəqiqləşdirilməmiş məlumatlar yayan kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            96 24.11.21 23:12