Bakıda məktəbdə şagirdin cibindən telefon oğurlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:39 COVID-19 xəstələrinin müalicəsində təhlükəli səhv açıqlandı  |     12:38 Roma Papası pravoslav xristianlardan üzr istəyib  |     12:21 Çində sürücüsüz avtobusların sınaqlarına başlanıb - VİDEO  |     12:08 Avstraliya parlamenti bağlandı  |     11:57 Bakıda mənzildə 53 yaşlı kişinin meyiti tapıldı  |     11:37 Belarus Ukraynaya nota verdi  |     11:30 YPX avtomobili qəzaya düşüb  |     11:15 Qusara istirahətə gedən 13 yaşlı oğlan dağdan yıxılaraq öldü  |     23:01 Təhvil verilən erməni hərbçilərin SİYAHISI  |     22:56 Lənkəranda evə qaz sızıb, partlayış olub, 14 yaşlı şagird xəsarət alıb  |     22:49 Bağırsaqlar üçün müalicəvi ot çayı  |     22:44 ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır  |     22:39 Türkiyə Prezidenti müxalifətin çoxminli mitinqinə reaksiya verib  |     22:25 Ukraynaya məxsus helikopter Belarus sərhədini pozdu  |     22:16 Banklar niyə kredit vermir?  |     22:15 Xəzərdə müəmma: Dəniz niyə çəkilir?  |     21:55 Tuxel: “Həddən artıq fərdi səhvlər etdik”  |     21:47 Azərbaycan-İran parlamentlərarası əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib  |     21:21 “Telegram”ın işində nasazlıq yaranıb  |     21:17 Yaşadıqları ünvanı tərk edən 2 koronavirus xəstəsi aşkarlandı  |    

Bakıda məktəbdə şagirdin cibindən telefon oğurlandı
Musiqi məktəbində şagirdin telefonu oğurlandı.

Şikayət sosial şəbəkələrdə paylaşılıb. Belə ki, Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən 11 nömrəli Onbirillik Musiqi Məktəbində oxuyan şagirdlərdən birinin valideyni musiqi məktəbində baş verən oğurluq hadisələrindən narazılığını bildirib.

O bildirib ki, ötən gün sözügedən məktəbdə qızının gödəkcəsinin cibindən mobil telefonu oğurlanıb:

“Qızım gödəkcəsini qarderobda (paltarı saxlamaq üçün xüsusi yer) asaraq musiqi dərsinə girib, telefon isə gödəkcənin cibində qalıb. Dərs bitəndən sonra isə gəlib görüb ki, mobil telefon yoxdur. Bu həmin məktəbdə ilk hadisə deyil. Yüzlərlə uşağın musiqi təhsili aldığı bu məktəbin mərtəbələrində, koridorlarında, nə bilim qarderobun üstündə kameralar yoxdur. Girişə qoyulmuş kamera ilə isə heç nə aydınlaşdırmaq olmur. Bu məktəbdə bu qədər uşaq təhsil alır, amma içəridə kameralar yoxdur.

Qızımdan əvvəl bu yaxınlarda bir uşağın gödəkcəsinin cibindən 17 manat oğurlanıb. Ondan əvvəl də xoşagəlməz hadisə baş verib. Ötən il isə patlarını qarderobdan asan şagirdlərdən biri dərsdən çıxanda gəlib nə görsə yaxşıdır? Gödəkcəsi ümumiyyətlə yoxdur, yoxa çıxıb. Bütün bunlar baş verə-verə həmin o qarderob görünən yerə kamera quraşdırılmır. Oğurluqla bağlı dünən “102” Zəng Mərkəzinə məlumat verdik, polis məsələni araşdırır”.

Valideyn musiqi məktəbində uşaqların təhlükəsizliyi və digər hər hansı yaşana biləcək problemlerlə bağlı təhlükəsizlik kameralarının quraşdırılmasının vacib olduğuna diqqət çəkib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aidiyyəti üzrə şikayət qəbul olunub, araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            78 24.11.21 18:09