Metronun Xocəsəndəki elektrik deposu bu tarixdə hazır olacaq - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:57 Kəlbəcərin daha bir kəndindən görüntülər - VİDEO  |     12:54 DİN-də yeni TƏYİNAT  |     12:53 Naftalanda 34 yaşlı qadın dəm qazından zəhərlənib  |     12:50 Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar  |     12:48 Ağdaşda qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı  |     12:47 Hindistanda ordunun əməliyyat səhvinə görə 14 nəfər həlak oldu  |     12:46 Azərbaycanda avtomobil su kanalına düşdü: Ölənlər var  |     12:44 Türkiyədə kəndin əhalisi bir gündə 70 dəfə artdı  |     12:39 COVID-19 xəstələrinin müalicəsində təhlükəli səhv açıqlandı  |     12:38 Roma Papası pravoslav xristianlardan üzr istəyib  |     12:21 Çində sürücüsüz avtobusların sınaqlarına başlanıb - VİDEO  |     12:08 Avstraliya parlamenti bağlandı  |     11:57 Bakıda mənzildə 53 yaşlı kişinin meyiti tapıldı  |     11:37 Belarus Ukraynaya nota verdi  |     11:30 YPX avtomobili qəzaya düşüb  |     11:15 Qusara istirahətə gedən 13 yaşlı oğlan dağdan yıxılaraq öldü  |     23:01 Təhvil verilən erməni hərbçilərin SİYAHISI  |     22:56 Lənkəranda evə qaz sızıb, partlayış olub, 14 yaşlı şagird xəsarət alıb  |     22:49 Bağırsaqlar üçün müalicəvi ot çayı  |     22:44 ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır  |    

Metronun Xocəsəndəki elektrik deposu bu tarixdə hazır olacaq - RƏSMİ
"Hazırda "Bakı Metropoliteni" QSC-nin iki elektrik deposunun - yerüstü stansiyasının tikintisi gedir”.

Bunu "report"a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"Onlar "Xocasən" və "Dərnəgül" elektrik depolarıdır. Qaydalara görə, hər 20 km-dən bir elektrik deposu olmalıdır.

Hazırda Bakı metrosunun xətlərinin uzunluğu 39,5 km-dir. "Xocasən" elektrik deposunda işlər sürətlə gedir və gələn ilin sonuna qədər işlərin yekunlaşması nəzərdə tutulur.

Burada həmçinin bir platforma tikilir. Metropolitenin konseptual inkişaf sxeminə görə, stansiyaların ümumi sayı 76, "Bənövşəyi xətt"dəki stansiyaların sayı isə 12 olmalıdır. Əgər zərurət yaranarsa həmin platforma da stansiyaya çevrilə bilər.

Bu zaman isə stansiyaların ümumi sayı 77, "Bənövşəyi xətt"dəki stansiyaların sayı isə 13 olacaq. "Yaşıl xətt"in elektrik deposu olan "Dərnəgül" elektrik deposunun inşasına isə daha əvvəl başlansa da işlərin tamamlanması xətlərin tam ayrılması dövrünə nəzərdə tutulub.

Adıçəkilən depo keçmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) idman meydançası və həyəti yerləşən ərazidə inşa edilir. Xətlərin ayrılması və elektrik deposunun təhvili Bakı şəhərinin baş planında göstəriləcək və inşaat işləri bu plana uyğun reallaşacaq”, - o qeyd edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            81 24.11.21 15:42