Əmək pensiyalarının artırılması ilə bağlı TƏKLİF » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:28 Sumqayıt sakini yüksək doza narkotikdən ölüb  |     22:10 MEDİA: AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşının ölkədən çıxarılmasını qınayırıq  |     21:40 Bakıda havalar soyudu, istilik kəsildi - Səbəb nədir?  |     21:35 Rusiya və İran XİN rəhbərləri deklarasiya imzaladılar  |     21:27 Ağstafada yeniyetmə qızı cərəyan vurdu  |     21:15 Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olunub  |     21:11 Babək rayonunda 61 yaşlı kişi intihar edib  |     21:04 Saatlı rayon sakinləri sənədsiz silahları polisə təhvil veriblər  |     20:58 Azərbaycanda daha bir məktəbli qızılcadan ölüb  |     20:50 İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb  |     20:43 “Bavariya”nın təxirə salınan oyununun tarixi müəyyənləşib  |     20:37 Bakıda keçiddən keçməyən piyadanı maşın vurub - VİDEO  |     20:26 Azərbaycanda yağış və qar yağacaq, külək əsəcək  |     20:19 “WhatsApp” foto və videoların orijinal keyfiyyətdə göndərilməsi funksiyasını işə salıb  |     20:08 Filippində 5,8 maqnitudada zəlzələ baş verib  |     19:49 Bakıda dəm qazının miqdarı normadan yüksək olub  |     19:38 “Mançester Yunayted” bəzi KİV nümayəndələrini mətbuat konfransına buraxmadı  |     18:57 Sumqayıtın bir hissəsinə təbii qazın verilişi dayandırılacaq  |     18:38 Qərbi Azərbaycan İcması Aİ-nin ali nümayəndəsinə cavab verib  |     18:25 Lənkaranda 17 yaşlı oğlan intihara cəhd edib  |    

Əmək pensiyalarının artırılması ilə bağlı TƏKLİF

Əmək pensiyasının minimum məbləği artırılarkən həmin artıma qədər təyin edilmiş bütün pensiya məbləğlərinin müvafiq artıma mütənasib və ya müəyyən məbləğdə artırılması təklif edilir.

“Trend”in məlumatına görə, bu təkliflə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zaman İnsan hüquqları üzrə müvəkkil deyib.

O qeyd edib ki, 3 yaşınadək uşağa qulluğa görə müavinətin əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də şamil edilməsi olduqca vacibdir.

Müvəkkil həmçinin sağlamlığın qorunması hüququnun sözün əsil mənasında effektiv təmin edilməsi məqsədilə bütün tibbi xidmətlərinin və xəstəliklərin icbari tibbi sığorta hesabına həyata keçirilməsini təklif edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 milyard 399 milyon 895 min manat, yerli gəlirləri 773 milyon 105 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 980 milyon 547 min manat, yerli xərcləri 782 milyon 453 min manat) məbləğində tərtib edilib.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            180 03.11.23 16:01