Paris Olimpiadasında milli komandanın xərcləri ilə bağlı büdcədən əlavə vəsait ayrılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Dünyada neyroşəbəkə tərəfindən hazırlanmış ilk qanun Braziliyada qəbul edildi  |     22:49 Oğuzda qızılcaya 10 yoluxma qeydə alınıb  |     22:28 Sumqayıt sakini yüksək doza narkotikdən ölüb  |     22:10 MEDİA: AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşının ölkədən çıxarılmasını qınayırıq  |     21:40 Bakıda havalar soyudu, istilik kəsildi - Səbəb nədir?  |     21:35 Rusiya və İran XİN rəhbərləri deklarasiya imzaladılar  |     21:27 Ağstafada yeniyetmə qızı cərəyan vurdu  |     21:15 Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olunub  |     21:11 Babək rayonunda 61 yaşlı kişi intihar edib  |     21:04 Saatlı rayon sakinləri sənədsiz silahları polisə təhvil veriblər  |     20:58 Azərbaycanda daha bir məktəbli qızılcadan ölüb  |     20:50 İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb  |     20:43 “Bavariya”nın təxirə salınan oyununun tarixi müəyyənləşib  |     20:37 Bakıda keçiddən keçməyən piyadanı maşın vurub - VİDEO  |     20:26 Azərbaycanda yağış və qar yağacaq, külək əsəcək  |     20:19 “WhatsApp” foto və videoların orijinal keyfiyyətdə göndərilməsi funksiyasını işə salıb  |     20:08 Filippində 5,8 maqnitudada zəlzələ baş verib  |     19:49 Bakıda dəm qazının miqdarı normadan yüksək olub  |     19:38 “Mançester Yunayted” bəzi KİV nümayəndələrini mətbuat konfransına buraxmadı  |     18:57 Sumqayıtın bir hissəsinə təbii qazın verilişi dayandırılacaq  |    

Paris Olimpiadasında milli komandanın xərcləri ilə bağlı büdcədən əlavə vəsait ayrılacaq

Fransanın paytaxtı Parisdə keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarına hazırlıq və iştirakla bağlı xərclər üçün 12,9 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Bununla yanaşı, 2024-cü ildə Paralimpiya idman və Abilimpiya komandalarının təlim-məşq toplantılarının, həmçinin Xüsusi Olimpiya Komitəsinin idman komandalarının müxtəlif idman tədbirlərinin keçirilməsi və həmin idman komandalarının beynəlxalq yarışlarda iştirakı və beynəlxalq idman tədbirlərinə hazırlıq və digər təşkilati işlərinin maliyyə təminatı üçün 2,9 milyon manat vəsait proqnozlaşdırılıb.

Qeyd edilir ki, bu, 2023-cü illə müqayisədə 1,3 milyon manat və ya 1,8 dəfə çoxdur.

Artımın əsas səbəbi növbəti ildə XVII Paris Yay Paralimpiya oyunlarında milli komandamızın iştirakı ilə bağlı xərclərin qarşılanmasıdır.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            171 02.11.23 19:05