Лондон
C

UNEC Aİ-nin Türkiyədə maliyyələşdirilən layihələrinə cəlb olunacaq

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Türkiyədə reallaşdırılan layihələrdə iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov sosial şəbəkədəki hesabında bildirib.

"Beynəlxalq Strateji Menecment Konfransının Sədri və Türkiyə Əmək və Sosial Müdafiə Nazirinin müavini prof., dr., Lütfihak Alpkanla UNEC potensialının artırılması məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Türkiyədə reallaşdırılan müvafiq layihələrə UNEC-in cəlb edilməsi imkanlarını müzakirə etdik və razılıq əldə etdik. Uğurlar! Hər şey daha da yaxşı olacaq!”, - deyə Ədalət Muradov feysbukdakı hesabında yazıb.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев