Xalq artisti Canəli Əkbərov vəfat edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Xalq artisti Canəli Əkbərov vəfat edib

Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov 81 yaşında dünyasını dəyişib.

Bu barədə onun oğlu Sabir Əkbərov məlumat verib.

Xalq artisti sabah dəfn olunacaq.

Qeyd edək ki, o, iki gün əvvəl insult keçirmişdi. Canəli Əkbərov səhhəti ötən il ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkirdi. Xanəndə oktyabrın 21-də komaya düşüb.

Xatırladaq ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub. O, musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qaydalarını mənimsəyib, bununla da ifaçılıq qabiliyyətini təkmilləşdirib.

Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq qərib (Z.Hacıbəyov – "Aşıq Qərib") obrazlarını yaradıb. Canəli Əkbərov xarici ölkələrdə - Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olub.

Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiq festivalında böyük nailiyyət əldə edib. Canəli Əkbərov muğam müəllimi kimi, gənc xanəndələr nəslini yetişdirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışıb.

Prezident İlham Əliyev 2020-ci ilin martında Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Əkbərovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.

Allah rəhmət eləsin!скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            900 22.10.21 22:44