Danimarkanın Vestas şirkəti dünyanın ən iri və ən güclü külək turbinini inşa edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:27 Bakı və Sumqayıtda pensiyalar nə vaxt veriləcək?  |     13:22 Şəhid olan və xəsarət alan hərbçilərə nə qədər kompensasiya ödənişi ediləcək? - AÇIQLAMA  |     13:19 Bakıda universitet yataqxanasında İNTİHAR  |     13:17 Mingəçevirdə kütləvi dava: İki nəfər bıçaqlandı  |     13:15 Ucarda 11 yaşlı oğlanın qardaşını öldürməsinin TƏFƏRRÜATI - VİDEO  |     13:13 Bakıda BMW ilə toqquşan motosiklet ALIŞDI  |     13:09 “ƏDV geri al” layihəsi ilə bağlı növbəti aydan dəyişikliklər ediləcək - AÇIQLAMA  |     13:01 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:57 Kəlbəcərin daha bir kəndindən görüntülər - VİDEO  |     12:54 DİN-də yeni TƏYİNAT  |     12:53 Naftalanda 34 yaşlı qadın dəm qazından zəhərlənib  |     12:50 Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar  |     12:48 Ağdaşda qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı  |     12:47 Hindistanda ordunun əməliyyat səhvinə görə 14 nəfər həlak oldu  |     12:46 Azərbaycanda avtomobil su kanalına düşdü: Ölənlər var  |     12:44 Türkiyədə kəndin əhalisi bir gündə 70 dəfə artdı  |     12:39 COVID-19 xəstələrinin müalicəsində təhlükəli səhv açıqlandı  |     12:38 Roma Papası pravoslav xristianlardan üzr istəyib  |     12:21 Çində sürücüsüz avtobusların sınaqlarına başlanıb - VİDEO  |     12:08 Avstraliya parlamenti bağlandı  |    

Danimarkanın Vestas şirkəti dünyanın ən iri və ən güclü külək turbinini inşa edir
Danimarkanın Vestas şirkəti dünyanın ən iri və ən güclü külək turbinini inşa edir.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Vestas tərəfindən inşa edilən yeni külək generatoru Avropanın ən böyük göydələnləri ilə müqayisə edilə biləcək boyda - 280 metr hündürlüyə malik olacaqdır.

Bir çox göstəriciləri ilə rekord qıran bu külək turbini Danimarkanın Osterild Yaşıl Enerji Test Mərkəzində quraşdırılacaq. Planlara görə, turbinin quraşdırılması 2022-ci ilin ikinci yarısına qədər başa çatacaq, qurğudan ilk elektrik enerjisinin isə həmin ilin dördüncü rübündə alınması gözlənilir. Vestas yeni turbinin göstəriciləri haqqında danışarkən bildirib ki, hər birinin uzunluğu 115,5 metr üç qanada sahib olacaq qurğuda rotorun diametri təxminən iki futbol meydanı ölçüsü qədər - 236 metr təşkil edəcək.

Qələcəkdə nəhəng külək türbininin hər il 80 giqavat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur ki, bu da 20 min evi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir. İstehsalçı şirkət nümayəndələrinin fikrincə, belə böyük bir turbinin prototipinin quraşdırılması qlobal külək enerjisi sənayesində texnoloji yenilik və miqyas baxımından inkişafa səbəb olacaq.

Qeyd edək ki, Danimarka alternativ enerjinin istifadəsində daha əvvəl başlayan ölkə kimi, hazırda bu sahədə dünya liderlərindən biri olması ilə tanınır. 2020 -ci ildə külək və günəş enerjisi birlikdə Danimarkanın elektrik istehsalının yarıdan çoxunu təmin edib. Krallıq 2035-ci ilə qədər bu payı 84 faizə çatdırmağı qarşısına məqsəd qoyub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            330 22.10.21 22:30