Azərbaycanda koronavirusun beşinci dalğası gözlənilirmi? - Ekspertlərdən ŞƏRH » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:49 Bakıda 20 yaşlı oğlan özünü metroda yandırmaq istədi  |     11:38 Azərbaycanlı məşhur alim vəfat etdi  |     11:21 Beyləqanda dəhşətli intihar: Uşaqlarını dərsə, yoldaşını bazarlığa göndərib özünü güllələdi  |     11:15 Azərbaycan, İran və Gürcüstan yeni tranzit marşrutu yaradacaq  |     23:58 Almaniyada poliqonda hərbi texnikalar toqquşub, ölənlər var  |     23:51 Toğanalıdan Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir  |     23:41 Qırmızı düyünün faydaları  |     23:23 Bu rayonlarda zəlzələ oldu  |     23:16 Bakıda gənc oğlanı avtomobil vurub, vəziyyəti ağırdır  |     23:07 Saatlıda avtomobil aşıb, qardaşlar xəsarət alıb  |     22:59 Qələbəmizə həsr olunmuş “Zəfərə doğru” filmi - VİDEO  |     22:52 Putinlə Baydenin müzakirə etdiyi məsələlər açıqlanıb  |     22:44 Mbappe Messinin rekordunu qırdı  |     22:37 Orqanizmi qurdlardan təmizləyən 3 MƏHSUL  |     22:29 Ağstafada azyaşlı qızı maşın vurub  |     22:20 Dünyanın ən nüfuzlu qadınları açıqlandı  |     22:12 Toya görə CƏRİMƏLƏNDİLƏR - FOTO  |     22:06 Ağstafada 50 yaşlı kişini elektrik cərəyanı vurub  |     21:58 Azərbaycanın cənub rayonlarında zəlzələ olub  |     21:51 Bakıda 17 yaşlı gənc qız dəm qazından zəhərlənib  |    

Azərbaycanda koronavirusun beşinci dalğası gözlənilirmi? - Ekspertlərdən ŞƏRH
Payızda xəstəliklər bir-birinə qarışır

Payıza doğru koronavirusun 4-cü dalğası bitdi. Hazırda gündəlik yoluxma sayı 1000-in ətrafındadır. Görünən odur ki, bu dalğanın son mərhələsində yoluxma daha yüksək oldu. Əvvəlki dalğaların son mərhələsində yoluxma sayı qat-qat aşağı, hətta ikirəqəmli idi. Uzun müddətdir davam edən yüksək yoluxma rəqəmlərində enmələr müşahidə olunduqca, karantin rejimi ilə bağlı yumşalmalara da gedildi. Bir müddət əvvəl təhsil ocaqları və bəzi ictimai iaşə obyektləri ilə bağlı qadağalar da aradan qaldırıldı. Məhz bundan təxminən iki həftə sonra isə yoluxma sayında azalma səngidi. Payız fəslinin gəlişi, havaların soyuması isə mövsümi xəstəliklərin də artmasına səbəb olub. Təbii ki, bu da cəmiyyətdə müəyyən narahatlıq yaradıb. Beşinci dalğa ola bilər? Əgər yoluxma artarsa, yenidən ciddi qapanmaya ehtiyac yaranacaq?

“Kaspi” qəzeti bu və ya digər aktual məqamlarla əlaqədar mütəxəssislərin rəyini öyrənib.

Təhlükəli deyil

Tibbi ekspert Adil Qeybulla deyir ki, insanlarda kollektiv immunitetin formalaşmasına gətirib çıxaran səbəblər var: "Ayrı-ayrı sahələrdə yaradılan yumşaldılmalar yoluxmalar üçün şərait yaradır. Lakin artıq xeyli adam virusa yoluxub və insanlarda immunitet yaranıb. İnsanların bəziləri birinci, bəzisi isə ikinci doza vaksin olunub. Vaksindən 45 gün keçdikdən sonra immun sistemi formalaşır, xəstəliyə qarşı davamlılıq yaranır. İnsanlar xəstəliyə yoluxduqca, vaksin olunduqca yavaş-yavaş kollektiv immunitet formalaşır. Artıq insanlarda immunitet formalaşdığına görə, nə indi, nə də gələcəkdə ciddi təhlükə görmürəm”.

Artım baş verərsə…

Tibbi ekspert bildirir ki, yoluxmalar artsa da, narahatlıq yaradan vəziyyət yoxdur: “Müəyyən qədər artım ola bilər, amma bu da yenidən tam qapanmalara getməyə ehtiyac yaratmır. Çünki dünyada yeni virus dalğası, mutasiya müşahidə edilmir”.

Yumşalmaların nəticəsi

Adil Qeybullanın sözlərinə görə, karantin rejiminin yumşaldılmasına yeni gedilib, bunun hansı nəticə verəcəyini bilmək üçün zaman lazımdır: “Nə isə söz demək üçün kifayət qədər zaman keçməyib. Təxminən bir ay sonra hansı nəticələrin olacağını daha dəqiq görə bilərik. Məncə, Azərbaycanda qapanmalara getməyə ehtiyac yoxdur”.

Özünü qoru

A.Qeybulla deyir ki, yoluxma rəqəmlərində yüksəlmənin olmaması üçün insanlar yumşaldılmalar dövründə özlərini ikiqat qorumalıdır: “İnsanlar sıx, qapalı yerdə virusdan özlərini qorumaq üçün karantin tədbirlərinə əməl etməlidirlər. Maska taxmaq, məsafə saxlamaq, əllərin dezinfeksiyasına ciddi əməl etmək mühüm şərtlərdəndir. Maska taxmaqla pandemiya dövründə insanların mövsümi xəstəliklərə daha az yoluxduğunu gördük”.

Payız xəstəlikləri

İnfeksionist Mərdan Əliyev deyir ki, payızda, sadəcə, koronavirus deyil, mövsümi xəstəliklərdə də artımın baş verməsi normaldır: “Payız fəsli olduğu üçün koronovirusa yoluxanların da sayında artımın olması ehtimalı var. Artımın baş verməsinin səbəbi payızda insanların evə çəkilməsi, havalanmanın, günəşin aktivliyinin azalmasıdır. Digər mövsümi infeksiyalar da payız fəslində artır. Buna görə də, belə deyə bilərik ki, payızda xəstəliklər bir-birinə qarışır”.

Yoluxmada artım normaldır

Mərdan Əliyev bildirir ki, müəyyən enmələrdən sonra yoluxmanın artması pandemiyanın qaydasıdır: "Karantin qaydaları yumşaldıqda, məhdudiyyətlər aradan qaldırıldıqda yenidən yoluxma sayında artmanın baş verməsi gözlənilən haldır”.

Məktəblər bağlana bilər

İnfeksionistin sözlərinə görə, müəyyən sahələrdə qapanmaların olması başadüşüləndir: “Yoluxma artarsa, qismən qapanmalara gedə bilərik. Məsələn, məktəblər bağlana bilər. Amma daha ciddi qapanmalara gedilməsi ehtimal olunmur”.

Yoluxmaqdan qorunmaq

M.Əliyev deyir ki, həm peyvənd olunmuş, həm də peyvənd olunmamış şəxslər özlərini pandemiyadan qorumalıdır: “Çünki peyvənd olunmuş şəxslər də virusa yoluxa bilirlər. İstər açıq havada, istərsə də qapalı məkanda, insanların sıx toplaşdığı yerlərdən uzaq olsunlar. İmkan daxilində yığıncaq, qonaqlıq, toylara getməmək lazımdır. Əgər ora getməyə məcburuqsa, mütləq şəkildə maskadan istifadə etməli, insanlarla yaxın təmasdan maksimum uzaq olmalıyıq. Çünki koronovirus, əsasən, nəfəs vasitəsi ilə yayılır. Bu şərtlərə əməl olunarsa, virusdan qorunmaq olar”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 16.10.21 21:47