Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb | 19:59 Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var | 19:13 Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR | 19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb |
Mojo.az Avto
Mojo.az Avto

Çirkli əllərdən keçən xəstəliklər

15.10.2021 23:24 1 368
Çirkli əllərdən keçən xəstəliklər
BMT-nin Baş Assambleyasının UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə qəbul etdikləri qərara əsasən, 2008-ci ildən etibarən hər il oktyabrın 15-i Dünya Əl Yuma Günü kimi qeyd edilir. Həmin günün məqsədi əllərin yuyulmasının sağlamlığa müsbət təsiri haqqında əhalinin məlumatlılığını artırmaqdır.

Median.Az
xəbər verir ki, Dünya Əl Yuma Günü əl yumanın bir vərdiş halına gətirilməsi məqsədilə elan edilib. Əllərin tez-tez yuyulması xəstəlik törədən müxtəlif mikroorqanizmlərin yayılmasının qarşısının alınması üçün ən effektiv vasitədir. Belə ki, bir çox respirator xəstəliklər, virus hepatitləri, bağırsaq infeksiyaları, pnevmoniya, COVID-19 və s. infeksion xəstəliklər çirkli əllər vasitəsilə keçir. Ekspertlərin fikrincə, çirkli əllərdə yüzlərlə milyona qədər mikroorqanizm yaşayır.

Əllərin yuyulması, xüsusilə COVID-19 pandemiyasının davam etdiyi bir dövrdə çox aktualdır. 2 ilə yaxındır ki, bütün dünya koronavirusla mübarizə aparır. Bu mübarizədə insanların başlıca silahı vaksinasiya və sanitar-gigiyenik qaydalara riayət etməkdir. Bunun üçün əllərin tez-tez yuyulması və ya spirtlənməsi vacib şərtdir. Əllərin yuyulması təkcə COVID-19-a deyil, kəskin bağırsaq infeksiyalarına və digər təhlükəli xəstəliklərə qarşı da ən sadə və əlçatan effektiv vasitədir və hər bir insanın şəxsi gigiyenasının tərkib hissəsidir.

Şəxsi gigiyena qaydalarına əməl etməklə bir çox xəstəliklərə qalib gəlmək mümkündür. Statistik məlumatlara görə, əllərin yuyulması diareya xəstəliklərinin səviyyəsinin 40%, respirator infeksiyaların səviyyəsinin 25% azalmasına imkan verir. Yadda saxlamaq lazımdır ki, əlləri nəinki sabunla təmiz yumaq, onları yuduqdan təmiz dəsmal və ya kağız salfetlə silmək də vacibdir. Çünki nəm əllər quru əllərdən daha çox bakteriya və virus ötürə bilir. Əllərinizi tez-tez yumaqla özünüzü və doğmalarınızı təhlükəli xəstəliklərdən qoruya bilərsiniz. /aztibb.az

Son xəbərlər