Azərbaycan BMT-də Gürcüstanı dəstəkləyibAzərbaycan BMT-də Gürcüstanı dəstəkləyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycan BMT-də Gürcüstanı dəstəkləyibAzərbaycan BMT-də Gürcüstanı dəstəkləyib

Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 48-ci sessiyası çərçivəsində “Gürcüstanla əməkdaşlıq” adlı hesabat təqdim edilib.

Sənəddə Gürcüstanda insan haqları ilə bağlı vəziyyət və işğal altında olan Abxaziya və Cənubi Osetiyadakı durum əksini tapıb.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, toplantıda nazir müavini Aleksandr Xvtisiaşvili BMT-yə üzv ölkələrin nümayəndələrini işğal altında olan ərazilərdəki ağır humanitar vəziyyət barədə məlumatlandırıb.

O qeyd edib ki, işğalçılar tərəfindən qanunsuz olaraq dəmir məftillərin çəkilməsi, işğal xəttinin bağlanması və tibbi təxliyədən imtina edilməsi humanitar vəziyyətin pisləşməsi və insanların ölümü ilə nəticələnib.

Hesabatda vurğulanıb ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarın nümayəndələrinin əvvəlki illərdə olduğu kimi işğalda olan ərazilərə daxil olmasına icazə verilməyib. Sənəddə Abxaziya və Tsxinval bölgələrinə Ali Komissarlıq, digər beynəlxalq və ya regional təşkilatların nümayəndələrinin daxil olmasına şəraitin yaradılması ilə bağlı çağırış da yer alıb.

Sessiyada iştirak edən Avropa İttifaqı, Azərbaycan, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Estoniya, Latviya, Litva, Moldova, Polşa, Ukrayna, Finlyandiya və İsveç nümayəndə heyətləri Gürcüstana dəstək ifadə ediblər. Onlar Gürcüstanda insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş irəliləyişi alqışlayıblar, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü və suverenliyinə qətiyyətli dəstək ifadə ediblər. Gürcüstanın işğal altında saxlanılan ərazilərində insan hüquqları ilə bağlı vəziyyətdən narahatlıq da bildirilib.

Xatırladaq ki, Azərbaycan bu il artıq ikinci dəfədir ən ali beynəlxalq qurumda Gürcüstanı dəstəkləyir. Belə ki, bu ilin iyununda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 75-ci sessiyası çərçivəsində “Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnamə qəbul olunub və Azərbaycan sənədin lehinə səs verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            627 09.10.21 19:18