Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

"Sabah"ın baş məşqçisi: "Bugünkü hakimlik biabırçılıq idi"

02.10.2021 20:15 1 968
"Üçüncü dəqiqədə buraxdığımız qoldan sonra oyunda dominantlıq edən tərəf idik. İkinci qolu isə başa düşmək olar. Hücumlarımızda sonluq çatmırdı. Deyiləsi bir söz yoxdur. Futbolda belə halların tez-tez təkrarlanması mənə çatmır. Biri var oynamırsan və məğlub olursan. Oynayıb uduzmağı isə başa düşə bilmirəm".

"Report"un məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev səfərdə "Keşlə"yə 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis hakimlə bağlı danışmaq istəmədiyini bildirib. "İlk turdakı “Səbai”lə matçda da baş hakim Rəşad Əhmədov idi. Elə bil “Sabah”la hansısa qərəzi var. 3-cü dəqiqədən rəqib qapıçı vaxt aparıb, ona bir dəfə də xəbərdarlıq etmədi. Ancaq son dəqiqələrdə sarı vərəqə göstərdi. Rəşad Əhmədov kimi hakimlər futbolu öldürməklə məşğuldur. “Səbail”lə matçda da eyni şeyi başımıza açdı. Bugünkü hakimlik biabırçılıq idi. Epizoda da baxdıq, leyhimizə təmiz penalti verilmədi. Nə olmalıdı ki, rəqib qapısına penalti verilsin? Azərbaycan hakimlərindən danışmaq istəmirəm, sadəcə, Rəşad Əhmədovun etdikləri birbaşa qərəzdir".

Quliyev klub rəhbərliyi ilə ətraflı danışacaqlarını sözlərinə əlavə edib: "İstefadan çəkinmirəm və qorxmuram. Hər bir oyunda yaxşı oynayırıq. Böhrandan çıxış məşqlərdə daha çox işləməkdir".

Son xəbərlər