Mojo.az Banner
23:01 Suriyada amerikalı hərbçilər və tərcüməçi öldürülüb, yaralılar var  |     22:55 Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:45 Astarada gəlin qayınanası və baldızını qaynar çayla yandırdı  |     22:28 Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - VİDEO  |     22:19 Masazırın illərdir yararsız vəziyyətdə olan yolları: Problem niyə həllini tapmır?  |     22:10 Erməni spiker iştirakçımıza uğurlar arzuladı - VİDEO  |     21:57 “Uşaq Avroviziyası 2025” müsabiqəsinin finalı başlayıb  |     21:36 Xəzər dənizində zəlzələ baş verib  |     21:25 Tahir İmanov 26 minlik plaşı ilə gündəmə gələn icra başçısını parodiya etdi - VİDEO  |     21:13 Yanğında anasını itirən Ləman palataya köçürüldü  |     21:02 Ağadadaş Ağayev: "Qurban Qurbanovdan incimişəm, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim"  |     20:52 Taksi sürücüsü həbs edildi - Hava limanından müştəri götürübmüş  |     20:32 Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi (VİDEO)  |     20:10 Bəzi rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA  |     19:48 Moskva yaxınlığında təyyarə qəzaya uğrayıb  |     19:15 Lukaşenko 123 məhbusu əfv edib  |     18:46 Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU  |     18:23 Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü (Video)  |     18:08 La Liqada ən bahalı futbolçuların adı məlum oldu  |     17:49 Azərbaycan boksçusu ermənəsilli rəqibinə qalib gələrək dünya çempionu oldu  |    
Left Banner
Right Banner

İlham Əliyev: “Olmayan işğalı görən, əlbəttə, ya kordur, ya da nankordur”

27.09.2021 16:33 918
İlham Əliyev: “Olmayan işğalı görən, əlbəttə, ya kordur, ya da nankordur”
“İndi Ermənistanda və bəzi əcnəbi siyasətçilər bizi Ermənistan torpaqlarını işğal etməkdə günahlandırırlar. Birincisi, bu, yalandır. İkinci isə, Ermənistan bizim torpaqlarımızı işğal etdiyi zaman niyə səsinizi yüksəltmirdiniz? Nəyə görə göz yumurdunuz?”

Bu sözləri dövlət başçısı İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsi zamanı deyib.

“30 il ərzində təkcə işğal deyil, eyni zamanda bütün tarixi və dini abidələrimiz yerlə-yeksan edildi. Bütün binalar dağıdıldı. Bunu görmürdünüz? Minsk Qrupunun həmsədrləri dəfələrlə orada oldular. Ağdamda, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda oldular. Görmürdülər? 30 illik işğal dövründə sadəcə iki dəfə araşdırma missiyası göndərildi və hesabat hazırlandı. Hesabatda ermənilərin törətdiyi bütün cinayətlər göstərildi. Sonuncu missiya demək olar ki, 10 il bundan əvvəl keçirildi. Minsk Qrupu həmsədrlərinə yenidən missiya göndərilməsi üçün dəfələrlə müraciət etdik. Orada qanunsuz məskunlaşdırma həyata keçirilirdi. Suriya, Livan və başqa ölkələrdən ermənilər gətirilərək orada məskunlaşdırılırdı. Bu, müharibə cinayətidir. Bütün beynəlxalq konvensiyalara əsasən bu, müharibə cinayətidir. Bunu etmədilər. Bu işğalı görməyən, indi isə olmayan işğalı görən, əlbəttə, ya kordur, ya da nankordur. Ya da sadəcə riyakardır. Bu daha doğru ifadə ola bilər.

Biz öz ata yurdumuza qayıtdıq. 30 ildir orada yox idik. Əgər Ermənistan sərhədin oradan keçdiyini deyirsə, nəyə görə orada heç kim yox idi? Əgər ora sərhəddirsə, gəl sərhədi qoru! Biz gəldik o dağlara yerləşdik və bizim xəritələrimizə əsasən öz torpağımıza yerləşmişik. Əgər Ermənistan fərqli düşünürsə, gəlsin, otursun, müzakirə edək. Bir il, beş il, 30 il çəkər, kim bilər. Yenə eyni mövzuya qayıdıram, sərhədləri barədə Ermənistan bu gün həqiqəti anlamalıdır. Qısa zamanda şərtlərimizi qəbul edib, bu məsələni həll etməlidir ki, hər kəs öz sərhədinin harada olduğunu bilsin”, - deyə dövlət başçısı bildirib.скачать dle 11.3