“Şəhid əmanətləri Şuşada” layihəsinə start verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

“Şəhid əmanətləri Şuşada” layihəsinə start verilib

25 sentyabr 2021-ci il tarixində “YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Şəhid əmanətləri Şuşada” layihəsinə start verilib.

Layihə çərçivəsində şəhidlərimizin övladlarının Şuşa şəhərinə səfəri təşkil olunub.

Şuşa qalasının qarşısında baş tutan açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Sevinc Alızadə, şəhidimiz Şəhriyar Quliyevin valideynləri, şəhidlərimizin övladları iştirak ediblər.

Qonaqlar müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən söz açıblar. Onlar bu qələbənin əldə edilməsində canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin Azərbaycan xalqı tərəfindən daim dərin ehtiramla yad edildiyini vurğulayıblar.

Sonra iştirakçılar Cıdır düzünə, Molla Pənah Vaqifin məqbərəsinə, Yuxarı Gövhərağa məscidinə, Bülbülün ev-muzeyinə ekskursiya ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            384 25.09.21 23:06