Azərbaycanda hansı nazirlər və rəhbər şəxslər vaksin vurdurub? - SORĞU » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:18 Azərbaycan nefti ucuzlaşıb  |     12:17 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:15 Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb  |     12:14 Leonardo Di Kaprionun yeni rolu bəlli oldu  |     12:14 “WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA  |     12:11 Bakıda bina sökülür: Sakinlər narazıdırlar - VİDEO  |     12:10 Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO  |     12:08 Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO  |     12:07 Yenidən qurulan Qarabağdan son GÖRÜNTÜLƏR - VİDEO  |     12:04 Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA (VİDEO)  |     12:03 Sulutəpədə qadını maşın vurub parçaladı  |     11:51 Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |     11:38 Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək  |     11:21 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |    

Azərbaycanda hansı nazirlər və rəhbər şəxslər vaksin vurdurub? - SORĞU

Ölkədə koronavirus pandemiyası ilə mübarizəyə xüsusi diqqət ayrılır. Bildiyiniz kimi, bu məqsədlə Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb.

Median.Az
Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 58 256 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 440 nəfərdir.

Ölkədə fəaliyyət göstərən bir çox qurum rəhbərləri, eləcə də nazirlər nümunəvi olaraq, ilkin mərhələlərdə peyvənd vurdurmaqla əhali arasında vaksinasiya prosesinə dəstək veriblər.

Ümumilikdə qurumlar və nazirliklər arasında kiçik sorğu keçirdik. “Vaksin vurdurmusunuzmu?” sualımızı cavablandıran bəzi qurum və nazirliklərin müvafiq cavablarını təqdim edirik:

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, qurum sədri Zaur Hüseynov pandemiyanın ilk günlərindən vaksin vurduran rəhbər şəxslər sırasındadır.

Səhiyyə Nazirliyindən aldığımız cavab da müsbət oldu. Belə ki, səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev də vaksin vurdurub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, nazir Muxtar Babayev də koronavirus əleyhinə vaksinasiya prosesində iştirak edib. Hətta bildirilib ki, Muxtar Babayev sentyabrın 30-da peyvəndin üçüncü dozasını qəbul edəcək.

“Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev hər iki doza “SinoVac” vaksini vurdurub. Sosial şəbəkədə kifayət qədər aktiv və operativ olan R.Əliyev hətta eyni vaksinin üçüncü dozasını da qəbul edib.

Bakı Nəqliyyat Agentliyindən sualımıza cavab olaraq bildirilib ki, qurum rəhbəri Vüsal Kərimov da vaksinasiya prosesindən keçib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən cavab da müsbət oldu. Belə ki, AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov da vaksin vurdurub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da vaksinin hər iki dozasını vurduran rəhbər şəxslər sırasındadır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev də vaksinasiya prosesinin ilk günlərində peyvənd vurduran rəhbər şəxslərdəndir.

Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, Xidmətin rəisi Vüsal Hüseynov vaksinin hər iki dozasını vurdurub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, nazir Sahil Babayev də vaksin vurduran nazirlərdən biridir.

Qeyd edilən, ölkədə vurulan vaksinlərin ümumi sayı 8 227 729, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 683 453, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 544 276 təşkil edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            438 25.09.21 20:35