İçərişəhərdə vandalizmlə mübarizə məqsədli iməclik təşkil olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

İçərişəhərdə vandalizmlə mübarizə məqsədli iməclik təşkil olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi vandalizmə qarşı mübarizəyə başlayır.

Bununla bağlı İdarənin mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, İçərişəhər Bakımızın simvolu, qədimliklə müasirliyi özündə birləşdirən, Qala divarları ilə əhatə olunan, yaşı əsrlərlə ölçülən tarixi şəhərimizdir:

“Qala divarları keçmişlə müasirlik arasında bir sədd rolunu oynayır. Burada ən xırda əşya belə qədimlikdən xəbər verir. Zaman-zaman çox hadisələrə şahidlik etmiş, əsrlərdən bizə yadigar qalan bu tarixi möcüzəni qoruyub gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Əfsuslar olsun ki, son zamanlar İçərişəhərin binaları, abidələri, divarları üzərində vandalcasına yazılar yazılır, divarlar cızılır, çirkləndirilir. Cızılan, yazılan divarları təmizləmək, tikililərin tarixiliyini və zahiri görünüşünü qoruyub saxlamaqla aparılan bərpa işləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısında duran mühüm məsələlərdəndir. Amma bu kimi məsələlərdə vətəndaşlar da dövlət qurumları ilə həmrəylik göstərəndə hədəfə daha tez çatmaq olur”.

İdarədən verilən məlumatda həmçinin vurğulanıb ki, məhz bu səbəbdən də İdarə tərəfindən Qoruğun ərazisində olan çoxsaylı binalar, abidələr, tarixi yerlərə və onların qorunmasının vacibliyinə diqqəti artırmaq üçün 25 sentyabr tarixində İdarə tərəfindən iməclik təşkil olunub:

“İməclik zamanı İçərişəhərin bir çox küçələrində binalar, divarlar üzərində vandallar tərəfindən edilən yazılar, cızığlar və sair xoşagəlməz əməllərin nəticələrinin aradan qaldırılmasına başlanılıb. Bu kimi sosial layihələr davamlı olacaq və əsas məqsəd də ictimaiyyətin diqqətinin İçərişəhər ərazisindəki vandalizm probleminə yönəltməkdir. Təsadufi deyil ki, iməciliyə İdarənin rəhbərliyi və əməkdaşları ilə yanaşı yerli sakinlər və həmçinin bir sıra yerli internet fəalları da qoşulublar. Hamımızın əsas məqsədi tariximizin canlı şahidi olan İçərişəhəri vətəndaşlara daha yaxın və əziz etmək, onun tarixiliyinin qorunması və abadlaşdırılmasında hər kəsin payının olmasını hiss etdirməkdir. Hesab edirik ki, ərazidəki bənzərsiz abidələrin, çoxsaylı tikililərin insan müdaxiləsinə məruz qalmaması, onların tarixi görkəminə zərər yetirilmədən gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın vəzifəsidir. Bu məqsədə çatmaqda, tariximizin hifz olunmasının əhəmiyyətinin ictimaiyyətə aşılanmasında bizə qoşulacağınıza əminik!”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            273 25.09.21 19:24