Azərbaycan İrana bildiriş göndərib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycan İrana bildiriş göndərib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından “Afshin Ghoje Biglo Agha Mohammad Biglo” və “Saleh Ehsas Gojeh Bagloo” adlı təsərrüfat subyektləri tərəfindən ölkəmizə ixrac edilən kartof məhsulunda karantin tətbiq edilən kartof güvəsi (Phthorimaea operculella) aşkar edilib.

Bununla əlaqədar Agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana kartof ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib.

Bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması, xəstəliklərin aradan qaldırılması, məhsul itkisinə yol verilməməsi, ətraf mühitin və əhalinin sağlamlığının qorunması istiqamətində bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məqsədilə faktla bağlı respublikanın baş dövlət fitosanitar müfəttişi tərəfindən “Karantin tətbiq edilən zərərli orqanizm aşkar edilmiş məhsul idxalının qadağan edilməsi haqqında” 2021-ci il 21 sentyabr tarixli Q-BS/006 nömrəli qərar qəbul edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            234 22.09.21 20:14