Azərbaycanda verilən halal sertifikatı halal standartına uyğundurmu? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Azərbaycanda verilən halal sertifikatı halal standartına uyğundurmu? - AÇIQLAMA

Uzun illər halal sertifikatının verilməsi Azərbaycanda alver obyekti olub. İstehsalçılardan külli miqdarda vəsait alınıb.

Bunu Trend-ə açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, burada dini idarələr və müxtəlif ölkələrin təşkilatları iştirak edib:

"Əslində bu sertifikatı verən qurum dövlət orqanlarında akkreditasiyadan keçmiş olmalıdır. 6 il bundan öncə bu istiqamətdə iş apardıq və bu sertifikatların kollegial verilməsinə nail olduq. Azərbaycanda 6 il əvvəl halal standartı yaradıldı, orda halallığın bütün şərtləri əksini tapdı. Hətta bu sertifikatın verilməsi üçün "Azesert Halal" MMC təsis edildi. Həmin MMC-nin laboratoriyaları var idi. Lakin bu gün də halallıqla bağlı problemlər var".

Eskpert bildirib ki, bu gün pul xatirinə qeyri-halal mallara da halal sertifikatı verilir:

"Dindarların bu şəkildə aldadılması yolverilməzdir. Biz təklif etmişik ki, halal sertifikatı istehsal prosesini izləmək üçün onlayn izləmə sistemi olan müəssisələrə verilsin. İstənilən inanclı insan da bu sistem vasitəsilə heyvanın hansı şəkildə kəsildiyini və məhsulun necə hazırlandığını görsün. Bundan başqa təklif edirik ki, halal sertifikatı islam bankçılığı ilə maliyyələşən və faizlə kredit götürməyən müəssisələrə verilsin. Bu da halalın mühüm şərti ola bilər. Təəssüf ki, bu məsələ standartlarda nəzərdə tutulmayıb".

Eyyub Hüseynovun sözlərinə görə, bu gün halal mallara dünyada böyük tələbat var:

"Hətta digər dinlərin nümayəndələri də bu məhsullara ekoloji cəhətdən təmiz məhsul kimi baxırlar. Məlumatımıza görə, halal sertifikatı olan mallara ildə 3 trilyon dollardan çox vəsait xərclənir. Müsəlman ölkələri bu standarta tam cavab verən məhsullar istehsal edə bilsələr, dünya ərzaq bazarında böyük yer tuta bilərlər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            255 22.09.21 17:34