Bakıda 20 gün əvvəl itkin düşən 12 yaşlı uşaq tapıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |     14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |     14:14 Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı  |     14:12 Kosmetoloq paylaşıma görə cəzalandırıldı  |     14:11 Avtomobili nömrəsiz idarə edən əlilliyi olan şəxs saxlanıldı - VİDEO  |    

Bakıda 20 gün əvvəl itkin düşən 12 yaşlı uşaq tapıldı - VİDEO

Bakıda 20 gün əvvəl itkin düşən 12 yaşlı uşaq tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Belə ki, Binəqədi rayon sakini olan Xalid Əmirxanov Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək oğlu 12 yaşlı Əmirxanın itkin düşməsi barədə məlumat verib.

O, izahatında oğlunun 20 günə yaxındır ki, evdən çıxdığını və geri qayıtmadığını bildirib.

Məlumat daxil olan kimi dərhal azyaşlının axtarışlarına başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində 12 yaşlı uşaq tapılaraq ailəsinə təhvil verilib.

Araşdırma zamanı müəyyən edilib ki, o, evdə olmadığı müddətdə paytaxt ərazisində müxtəlif məkanlarda, əsasən də avtomobil dayanacaqlarında küçə ticarəti ilə məşğul olub. Polis Bölməsində azyaşlının valideyni ilə profilaktik söhbətlər aparılıb. Ona övladının təlim-tərbiyəsi ilə ciddi məşğul olmaq tövsiyə edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            540 22.09.21 15:44