Azərbaycanda iki polis narkotikə görə həbs edilib? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |    

Azərbaycanda iki polis narkotikə görə həbs edilib? - AÇIQLAMA

Bəzi xəbər saytlarında Quba rayon ərazisində narkotik maddə plantasiyası zamanı saxlanılan iki polis əməkdaşının saxlanıldığı iddia edilib.

Bildirilib ki, narkotik maddələri əkib becərən Quba Rayon Polis Şöbəsinin əməkdaşları - Sadiq Pənahov və Samir Abdulmanafov həbs ediliblər.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar düzgün deyil:

“Bəzi xəbər saytlarında Qubada narkotiklərlə mübarizə tədbirləri ilə əlaqədar keçirilən əməliyyat tədbiri zamanı iki nəfər polis əməkdaşının həbs edilməsi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.

Qeyd edim ki, həmin yazıda adı çəkilən şəxslər bir müddət əvvəl öz istəklərinə əsasən daxili işlər orqanlarından tərxis olunublar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            906 18.09.21 18:49