Koronavirus kanalizasiya suları ilə dənizə yaylır » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |    

Koronavirus kanalizasiya suları ilə dənizə yaylır

Alimlər koronavirusun təkcə hava-damcı yolu ilə yox, fekal-oral yolla da yayıldığını istisna etmir. Buna görə də şəhər kanalizaisyasının virusun yayılmasında rolunu araşdırıblar.

Median.Az
xəbər verir ki, Stirlinq Universitetinin ekoloji bioloqlarının yeni elmi araşdırması bunu sübut edib.

"Yeni koronavirusun insan nəcisində bir ay qalıb yaşaya bilməsi barədə artıq sübutlar var. Xəstədə virusun bütün əlamətləri itsə də, o sağalsa da nəcisində virus qalır. Bu vəziyyət mövcud təhlükəni daha da artırır - deyə professor Riçard Kyulliam bildirir.

Bioloqlar virusun kanalizasiya sularında uzun müddət qala bilməsi faktını SARS Cov 1 virusu nümunəsində açıqlayıblar. Bu virus yeni növ koronavirusun yaxın qohumu hesab edilir və onun qalıqlarına Çin xəstəxanalarının kanalizasiya sistemində 2 həftə və daha çox rast gəlinib.

Virusun kanalizasiya sularında olması,onun atmosferə düşüb, aerozol vəziyyətində yoluxdurucu olması riskini artırır.

Bu hal kanalizasiyadan suların çəkilməsi, təmizləmə işləri və ya suların harasa axıb tökülməsi zamanı havaya sıçraması nəticəsində ola bilər.

Daha çox kanalizasiya və nasos stansiyalarının işçiləri və həmin ərazidə yaşayan sakinlər virusa havada olan su-damcı yolu ilə koronaivirusa yoluxa bilərlər. /medicina.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            486 17.09.21 23:20