Sergey Bondarın yığmadan qovulması ilə bağlı Üzgüçülük Federasiyasından AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |    

Sergey Bondarın yığmadan qovulması ilə bağlı Üzgüçülük Federasiyasından AÇIQLAMA

“Sergey Bondar nəticələrin rəhbərliyi qane etmədiyinə görə federasiyadan kənarlaşdırılıb”.

Bunu Oxu.Az-a Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı bildirib.

O, millimizdə aparıcı mütəxəssis və məsləhətçi kimi çalışan ukraynalı mütəxəssisin yığmadan ayrıldığını təsdiqləyib:

“Olimpiadadan sonra nəticələr müzakirə olundu. Qərara alındı ki, nəticələr qaneedici deyil. Bu səbəbdən də onun müqaviləsi yenilənmədi və əməkdaşlığımızı dayandırdıq. İndi bu posta yeni əcnəbi məsləhətçi axtarırıq”.

Qeyd edək ki, üzgüçülük üzrə Ukrayna millisinin sabiq baş məşqçisi olan Sergey Bondarın yığmadan uğursuzluğa görə uzaqlaşdırıldığını ilk olaraq Oxu.Az saytı yayıb.

Xatırladaq ki, üzgüçülük yığmamızın baş məşqçisi Rəşad Əbdürəhmanovdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            357 15.09.21 17:35