Konfrans Liqasında qrup mərhələsi başlayıb, Ermənistan klubu darmadağın olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:40 Azərbaycanda dəhşətli qəza: Sürücü iki gözətçini vurdu - VİDEO  |     15:37 İmişlidə 33 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB  |     15:35 Lənkəranda narkotacirlər saxlanıldı  |     15:30 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ  |     15:28 Müştərilərə qəlyan xidməti göstərən “Playstation” salonu aşkarlanıb  |     15:26 Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO  |     15:21 BMT-dən xəbərdarlıq: “Dünya fəlakətə doğru gedən bir yoldadır”  |     14:59 Rusiya “AstraZeneca” vaksininin istehsalına başladı  |     14:40 Yolun ortasına stol-stul qoyub COVID-19 qadağalarına etiraz etdilər – VİDEO  |     14:38 Bakıda iki avtomobil toqquşub  |     14:20 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO  |     14:04 Fransa və ABŞ arasında diplomatik qalmaqal: Rəsmi Paris Vaşinqtondakı səfirini geri çağırdı  |     14:01 Makronu Hitlerə bənzədən şəxs cərimələndi  |     13:44 Bu gün Milli Musiqi Günüdür  |     13:42 Lukaşenko Polşa və Litva şəhərlərini Belarus torpağı adlandırdı  |     13:34 Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib  |     13:13 Narkotik yetişdirən Şəmkir sakini saxlanıldı  |     23:53 Məktəbli çantası yüngül, rahat və uşağın çəkisinə uyğun olmalıdır  |     23:46 ABŞ Avstraliyada hərbi kontingentini artırır  |     23:39 Həbib Nurməhəmmədov: "Nəriman Abbasovu bilərəkdən rəqib seçmişik"  |    

Konfrans Liqasında qrup mərhələsi başlayıb, Ermənistan klubu darmadağın olub
UEFA Konfrans Liqasında qrup mərhələsinin matçlarına start verilib.

İlk oyun günündə 2 qarşılaşma baş tutub. Hər iki görüş İsraildə keçirilib.

A qrupunda Təl-Əviv "Makkabi"si Ermənistanın "Alaşkert" klubunu darmadağın edib - 4:1. Meydan sahiblərinin heyətində 13-cü dəqiqədə Stipe Peritsa, 32-ci dəqiqədə Qabi Kanixovski, 45+3-cü dəqiqədə Dani Biton və 72-ci dəqiqədə Matan Hozez fərqləniblər. Qonaqların yeganə qolunu isə 17-ci dəqiqədə Joze Embalo vurub.

Turnirin pley-off mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran Hayfa "Makkabi"si isə Niderlandın "Feyenoord" komandası ilə qolsuz heç-heçə edib.

Qeyd edək ki, Konfrans Liqasında I turun digər oyunları sentyabrın 16-da keçiriləcək. H qrupunda mübarizə aparan "Qarabağ" ilk görüşündə İsveçrə "Bazel"i ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də start götürəcək.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            135 14.09.21 23:25