Sabahdan “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətində dəyişiklik olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |    

Sabahdan “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətində dəyişiklik olacaq

Sabahdan Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək.

“Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək.

Premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub.

Qeyd edək ki, “Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymət artımı onun idxal dəyərinə və respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir.

Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

Sabah “SOCAR Petroleum” QSC bununla bağlı məlumat yayacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            489 14.09.21 22:47