Azərbaycanda təhsilin elektronlaşdırılması hansı səviyyədədir? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda təhsilin elektronlaşdırılması hansı səviyyədədir? - AÇIQLAMA

Təhsilin elektronlaşdırılmasına görə bir sıra ölkələrdən geri qalırıq.

Bunu təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, hazırda bizdə təhsilin elektronlaşması tam olaraq yalnız orta ümumtəhsil müəssisələrində mövcuddur. Təhsilin digər pillələrində isə təəssüf ki, sistem hələ qurulmayıb:

“Avropa ölkələrində, Kanadada, eyni zamanda bəzi şərq ölkələrində, o cümlədən Çin, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələrdə distant təhsil daha perspektivlidir. Təəssüf ki, bizdə distant formalı təhsilə yalnız 2020-ci ilin mart ayından etibarən keçildi. Halbuki, bu prosesə çoxdan başlanılmalı idi. Ona görə də bizdə demək olar ki, yalnız orta ümumtəhsil müəssisələri üçün baza formalaşıb. Bu baza da bildiyiniz kimi, teledərslər və virtual məktəb layihəsi çərçivəsində keçirilən dərslər, izah olunan mövzulardan ibarətdir. Onlar hamısı yığılıb, saxlanılıb. İndi şagirdlər virtual məktəb layihəsi çərçivəsində həmin vəsaitlərdən istifadə edə bilərlər. Bütün bunlara baxmayaraq, çox təəssüf ki, bizdə hələ distant təhsil tam şəkildə bərqərar olmayıb. Bizdəki forma təhsilin əlçatanlığını tam olaraq təmin etmir. Bunun üçün düşünürəm ki, müvafiq olaraq təkmilləşmə aparılmalıdır. Bəzi məktəblərdə müasir texnoloji avadanlıqların quraşdırılması labüddür”.

Ekspert bildirib ki, ali və orta ixtisas müəssisələrində isə distant təhsil demək olar ki, yox səviyyəsindədir:

“İqtisadiyyat Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla digərlərində vəziyyət ürəkaçan deyil. Çünki onlarda distant formalı təhsil üçün elektron vəsait, elektron dərslik təəssüf ki, mövcud deyil. Düşünürəm ki, həmin universitet və kolleclərdə bu istiqamətdə müvafiq addımlar atılmalıdır. Hətta gecikiblər. Hazırkı dövrə nəzər salsaq, elektron resursla zəngin olmayan ali və orta ixtisas müəssisələri, eyni zamanda məktəbəqədər hazırlıq qrupları varsa, onların hər biri qarşıdakı dövr ərzində elektron resurslarını yaratmalı, zənginləşdirməlidirlər ki, gələcəkdə istər pandemiya, istərsə də digər fövqəladə hadisə ilə əlaqədar ola biləcək qapanmalara hazır olsunlar və təhsilin əlçatanlığı vətəndaşlar üçün təmin olunsun”.

//Trendскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            309 11.09.21 19:04