Rüşvətə görə tutulan vəzifəli şəxsin məhkəməsi başlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Rüşvətə görə tutulan vəzifəli şəxsin məhkəməsi başlayır

Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədri Urufulla Qocayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Report” xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədri Qocayev Urufulla Yadulla oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olan vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu cinayət başında yaxalanaraq barəsində Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən U. Qocayevin kəndin ərazisində yerləşən 60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 29 il müddətinə icarəyə verilməsi, 0,12 hektar torpaq sahəsinin satılmasının təmin edilməsi və həmin torpaq sahəsində tikinti işlərinin həyata keçirilməsinə ümumi himayədarlıq göstərilməsinə görə 12 min manat məbləğində pul vəsaitinin rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan mötəbər sübutlar əsasında U.Qocayev 2021-ci ilin iyun ayının 3-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə şübhəli şəxs qismində tutulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            543 11.09.21 13:42