Azərbaycan MDB Oyunlarına ev sahibliyinə namizədliyini irəli sürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |    

Azərbaycan MDB Oyunlarına ev sahibliyinə namizədliyini irəli sürdü

Rusiyanın Kazan şəhərində MDB ölkələri Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib.

İclasa Rusiya gənclər və idman nazirinin müavini Aleksey Morozov sədrlik edib.

Toplantıda hazırda davam edən MDB ölkələrinin I Oyunlarına bütün ölkələrin qatıla bilməməsindən təəssüf ifadə olunub. Bildirilib ki, Türkmənistan epidemioloji vəziyyətlə əlaqədar son anda Oyunlardan kənarda qalıb.

İclasda ölkəmizi Azərbaycanı Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov təmsil ediblər.

N.Novruzov Azərbaycanda idmanın inkişafına və idman infrastrukturlarının yaradılmasına böyük diqqətin yetirildiyi, ölkədə böyük idman yarışlarının təşkil edildiyini diqqətə çatdırıb. O, II MDB Oyunlarını da təşkil etməyə hazır olduqlarını vurğulayıb.

Toplantıda Belarus nümayəndəsi də növbəti Oyunlar üçün namizədliyini irəli sürüb.

Təşkilatçı ölkənin MDB İcraiyyə Komitəsinin dekabrda keçiriləcək iclasında seçiləcəyi, yarış proqramının yaxın vaxtlarda müəyyənləşəcəyi və növbəti Oyunların 2023-cü ildə təşkil olunacağı diqqətə çatdırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            819 09.09.21 16:46