15 yaşlı tələbə: “Birinci sinfə dörd yaşımda getmişəm” » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:32 Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |    

15 yaşlı tələbə: “Birinci sinfə dörd yaşımda getmişəm”

Bu il ali məktəbə qəbul olan ən gənc tələbə Səfərli Həmid Xəqani oğludur.

Belə ki, 15 yaşlı tələbə Azərbaycan Tibb Universitetində təhsil alacaq.

Həmid Səfərli bu yaşda tələbə olmağın sirrini bölüşüb:

“Goranboy rayonunda doğulmuşam, birinci sinfə dörd yaşımda, elə rayonumuzda getmişəm. Bu yaşda oxumağa həvəsim bacım Leyla məktəbə gedəndə yarandı. Təkid etdim ki, valideynlərim məni də məktəbə yazdırsınlar. Sağ olsunlar, istəyimi nəzərə aldılar və mən özümdən bir yaş böyük bacım Leyla ilə eyni sinifdə oxudum, universitetə də onunla birgə hazırlaşdım. Bəxtimiz elə gətirdi ki, onunla eyni fakültəyə daxil olduq. Hər ikimiz Azərbaycan Tibb Universitetində dövlət sifarişi ilə əyani təhsil alacağıq. Mən 602 bal toplaya bildim, bacım isə 631. Anamız kimi yaxşı həkim olmağı arzu edirdik. İndi bu arzuya çatmağın sevincini yaşayırıq. Qürurluyuq!”

Qeyd edək ki, bu il 44 861 abituriyent ali təhsil müəssisələrinə qəbul olunub. 21 856 nəfər dövlət sifarişi əsasında, 23 005 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

//azvision.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            603 08.09.21 13:32