Ceyhun Bayramov qətərli həmkarı ilə Qarabağda bərpa layihələri barədə danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Ceyhun Bayramov qətərli həmkarı ilə Qarabağda bərpa layihələri barədə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən verilən məlumata görə, Nazir Ceyhun Bayramov dost Qətər ölkəsinin nümayəndə heyətini məmnuniyyətlə salamlayıb və iki ölkəni birləşdirən dərin mədəni, dini əlaqələrdən bəhs edib. Nazir, tərəflər arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətini vurğulayıb və ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirib. Həm ikitərəfli, həm də çoxtərəfli platformalarda Azərbaycan və Qətər arasında əməkdaşlıq və dialoqun mövcud olduğu qeyd edilib.

Dövlət naziri Sultan bin Saad Al-Mureyxi səmimi qəbula görə təşəkkürünü bildirib, Qətər Dövlətinin xarici işlər naziri Şeyx Mohammed bin Abdulrəhman Al-Taninin salamlarını nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. O, iki ölkə Xarici İşlər Nazirlikləri arasında həyata keçirilən məsləhətləşmələrin Bakıda keçirilən növbəti mərhələsi çərçivəsində əməkdaşlıq gündəliyinin bir sira məsələləri üzrə ətraflı müzakirələrin aparıldığını söyləyib.

Nazir Ceyhun Bayramov iki ölkənin mövqeyinin ətraflı şəkildə izah edilməsi və qarşılıqlı anlaşmanın təmin edilməsi baxımından mütəmadi şəkildə siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. Nazir, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi davamlı dəstəyi, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində illik əsasda ölkəmizlə bağlı qəbul edilən qətnamələri birmənalı şəkildə dəstəklədiyi üçün Qətər Dövlətinə təşəkkürünü ifadə edib. Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanın 30 ilə yaxın həyata keçirdiyi işğalçı siyasətinin ağır nəticələri, 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, habelə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumatlandırıb.

Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğu və bu mövqeyimizin dövlət rəhbəri tərəfindən səsləndirildiyi qeyd edilib.

Görüş zamanı Qətər Dövlətinin rəsmisinə, həmçinin Ələt Azad İqtisadi Zonası haqqında məlumat verilib, Qətər şirkətlərinin buraya cəlb olunması imkanları qeyd edilib. Habelə hər iki ölkənin XİN-ləri arasında informasiya mübadiləsi sahəsində əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti səsləndirilib.

Qətərin dövlət naziri Azərbaycanın qonşu dövlətlə münasibətlərin normallaşdırılması və sülhün təmin olunmasına dair mövqeyinin təqdir edildiyini ifadə edib. O, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesi çərçivəsində layihələrin icrasına Qətər şirkətlərinin də cəlb edilməsində maraqlı olduqlarını bildirib. Informasiya mübadiləsi sahəsində əməkdaşlığın həyata keçirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin önəmi qeyd olunub.

Qətər Dövlətinin rəsmisi Azərbaycan xalqına və dövlətinə rifah və inkişaf arzu edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            318 07.09.21 15:18