“Paşinyan bir dəfə də “Qarabağ Ermənistandır” desə...” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

“Paşinyan bir dəfə də “Qarabağ Ermənistandır” desə...”

“Tutaq ki, Nikol Paşinyan Qarabağa getdi və “respublika”nın (Qondarma qurum nəzərdə tutulur-red.) təhlükəsizliyini təhdid altında qoydu. Bu, doğru olardı, ya yox?”

Median.Az
“AzPolitika.info”-ya istinadən xəbər verir ki, erməni mətbuatına açıqlamasında bu fikirləri söyləyən tanınmış politoloq Arqişti Kiviryan Paşinyanın ümumiyyətlə, hər hansı bir tarixdə Qarabağa səfər etməsinin Ermənistan və Qarabağdakı ermənilər üçün böyük fəlakətlə nəticələnə biləcəyini deyib.

Politoloqun fikrincə, artıq Qarabağa Ermənistandan kimin gedib-getməyəcəyini İrəvan yox, Moskva təyin edir: “9 noyabr sazişinin imzalanmasından sonra “artsax”-ın (Qarabağ-red.) təhlükəsizliyinin faktiki təminatçısı Moskva oldu və qlobal miqyasda baxsaq, Qarabağa kimin gedib-getməməsi Moskvada həll olunur. 9 noyabrdan sonra bu məsələ İrəvanda yox, Moskvada həll olunur.”

Kiviryan Paşinyanın vaxtilə Qarabağa səfər etməsini böyük məsuliyyətsizlik adlandırıb və deyib ki, bunun nəticəsi ermənilərə yaxşı məlumdur: “Vaxtilə getdi və “Qarabağ Ermənistandır” dedi və biz hamımız bunun nəylə nəticələndiyini yaxşı bilirik.

Bütün bu bəyanatlar və məsuliyyətsiz hərəkətlər İkinci Qarabağ Müharibəsinə gətirib çıxardı. Əgər indi də Stepanakertə (Xankəndi-red.) getsə və öz tərzində yenə “Qarabağ Ermənistandır” desə, təxribatlar başlayacaq və bu gün “o niyə getmədi” deyənlər “axı, o niyə getdi” deyəcəklər”.

Politoloq deyib ki, ermənilər üçün indi olduqca mürəkkəb situasiya yaranıb: “İndi hər bir məsuliyyətsiz addım erməni xalqı üçün ən yeni kataklizmlərə səbəb ola bilər, xüsusilə nəzərə alsaq ki, bu gün təhlükəsizliyimizin qarantı – ordu yoxdur!”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            273 07.09.21 12:27