Deputat başçıya zəng etdi: Etibar Yusifov dərhal cəzalandırılsın! » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Deputat başçıya zəng etdi: Etibar Yusifov dərhal cəzalandırılsın!

Oğuz rayonunda şəhidlərimizə və dövlət atributumuza qarşı edilən hörmətsizlikdən xəbərdaram. Az əvvəl icra başçısı Eyvaz Qurbanovla danışdım və bu hörmətsizliyi edən şəxsin şəhid ailələrindən üzr istəməsini və ciddi şəkildə cəzalandırılmasını tələb etdim.

Bu sözləri Axar.az-a açıqlamasında Oğuz rayonunun deputatı Aqiyə Naxçıvanlı sözügedən rayonun icra başçısının müavini Etibar Yusifovun şəhidlərimizin məzarı üzərindən əklil və bayraqlarımızın zibilliyə atılması ilə bağlı “əmr”indən danışarkən deyb. Deputat bildirib ki, məsələ diqqətindədir:

“Mənə orada təmir işlərinin getdiyini, əklil və bayraqların buna görə götürüldüyünü demişdilər. Amma təbii ki, bunlar bəhanədir və istənilən halda şəhid ailəsinə qarşı bu cür hörmətsizlik qəbuledilməzdir.

Bir az əvvəl icra başçısı Eyvaz Qurbanovla danışdım. Etibar Yusifov adlı bu şəxsin şəhid ailələrindən üzr istəməsini və onun çox ciddi şəkildə cəzalandırılmasını tələb etdim.

Şəhidlər bizim üçün müqəddəsdir, onlara toxunmaq, onlarla bu cür “zarafat”lar eləmək olmaz. Təmir məsələsi doğrudursa, valideynlər dərhal çağırılmalı, onlara bu addımı atacaqları ilə bağlı məlumat verilməli idi. Bu diqqətsizliyə, hörmətsizliyə yol verilməməli idi.

Bu insanlar hələ özlərinə gəlməyib, yaraları hələ çox təzədi. Bu ağrıların üzərindən bir də bu cür hörmətsizlik etmək yolverilməzdir.

Hazırda bir neçə təşkilat və şəxsən mən özüm bu məsələ ilə məşğulam. Etibar Yusifov kimdir, bilmirəm. İstənilən halda kimdir, kim olur-olsun, öz töhmətini, cəzasını mütləq almalıdır!”

Qeyd edək ki, Oğuz rayonunda şəhidimiz Məhəbbət Paşayevin atası Vaqif Paşayev rayonun Şəhidlər Xiyabanında şəhid məzarları üzərindən təzə əklillərin və bayrağımızın zibilliyə tullanmasını əks etdirən video paylaşıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            648 07.09.21 12:30