Azərbaycanda valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımı proqnozlaşdırılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımı proqnozlaşdırılır

"Fitch" reytinq agentliyi Azərbaycanda valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdırır.

Median.Az
bildirir ki, bunu Trend-ə agentliyin suveren istiqrazlar şöbəsinin baş direktoru Pol Qembl deyib.

Onun sözlərinə görə, "Fitch"in may ayında Azərbaycanın reytinqi üzrə "BB+" proqnozunu "mənfi"dən "stabil"ə yüksəltməsi ölkənin suveren balansının pandemiyaya və ötənilki neft qiymətlərinin azalmasına dayanıqlığını əks etdirir:

"2020-ci ilin sonunda xarici valyutada suveren aktivlərin həcmi 49,9 milyard dollar təşkil edib ki, bu əvvəlki illə müqayisədə daha yüksəkdir. Xarici maliyyə isə daha yüksək neft qiymətləri ilə dəstəklənir. İyun ayında "Fitch" neft qiymətlərinin bu il 63 dollar/barel, 2022-ci ildə 55 dollar/barel olacağını proqnozlaşdırıb. Bütün bunları nəzərə alaraq proqnozlaşdırırıq ki, 2021-2022-ci illərdə cari əməliyyatlar hesabının profisiti orta hesabla ümumi daxili məhsulun 7 faizini təşkil edicik. Bu isə valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımına gətirib çıxaracaq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            390 04.08.21 22:38