Qazaxda avtomobil qəzası olub, xəsarət alanlar var
“Report” xəbər verir ki, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlar Qazax rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
