Samuxda ferma sahibini öldürən çoban tutuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:40 Yolun ortasına stol-stul qoyub COVID-19 qadağalarına etiraz etdilər – VİDEO  |     14:38 Bakıda iki avtomobil toqquşub  |     14:20 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO  |     14:04 Fransa və ABŞ arasında diplomatik qalmaqal: Rəsmi Paris Vaşinqtondakı səfirini geri çağırdı  |     14:01 Makronu Hitlerə bənzədən şəxs cərimələndi  |     13:44 Bu gün Milli Musiqi Günüdür  |     13:42 Lukaşenko Polşa və Litva şəhərlərini Belarus torpağı adlandırdı  |     13:34 Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib  |     13:13 Narkotik yetişdirən Şəmkir sakini saxlanıldı  |     23:53 Məktəbli çantası yüngül, rahat və uşağın çəkisinə uyğun olmalıdır  |     23:46 ABŞ Avstraliyada hərbi kontingentini artırır  |     23:39 Həbib Nurməhəmmədov: "Nəriman Abbasovu bilərəkdən rəqib seçmişik"  |     23:28 Koronavirusdan ölənin meyitini niyə evə qoymurlar - Ölüdən virus keçirmi?  |     23:20 Koronavirus kanalizasiya suları ilə dənizə yaylır  |     23:13 Dördüncü dalğa əvvəlki 3 dalğadan da güclü olacaq - Ekspertdən SƏBƏBLƏR  |     23:06 Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz  |     22:59 "Taliban" müqavimət cəbhəsi ilə danışıqlara başlayır  |     22:50 Pele yenidən reanimasiya şöbəsinə köçürülüb  |     22:44 Qadınlardan ibarət futbol millimiz Rusiyaya məğlub olub  |     22:32 Bakıda intiharın qarşısı alınıb  |    

Samuxda ferma sahibini öldürən çoban tutuldu
İyulun 29-da 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini Abdullayev Arzu Namiq oğluna rayonun Qarabağlar kəndi ərazisində yerləşən fermada naməlum şəxs və ya şəxslər tərəfindən döş qəfəsinin ön və arxa səthindən kəsilmiş-deşilmiş yara xəsarətləri yetirilib, Arzu Abdullayev aldığı xəsarətlər səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.

Samux Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1976-cı il təvəllüdlü Quliyev Samir Sahib oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, Samir Quliyev iyulun 29-u saat 23 radələrində Samux rayonunun Qarabağlar kəndi ərazisində yerləşən fermada tanışı Arzu Abdullayevlə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla sonuncuya çoxsaylı xəsarətlər yetirib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən A.Abdullayev ferma sahibi olub. Hadisəni törədən S.Quliyev isə orada çoban işləyib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            144 30.07.21 17:44