Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

General Rövşən Əkbərov məhkəmədə ifadə verməkdən imtina etdi

30.07.2021 17:25 2 625
General Rövşən Əkbərov məhkəmədə ifadə verməkdən imtina etdi
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan edilib.

Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama əsasən, təqsirləndirilən R.Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilən zaman mayın 31-i gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən “Sikora” kafesində tanışı - Elçin Əliyevi qətlə yetirib, Məzahir Şıxaliyevi isə yumruqla vurub.

İttihama münasibət bildirən R.Əkbərov özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, qətl hadisəsinin ona heç bir aidiyyəti yoxdur: “Bir nəfər deyə bilməz ki, mən bu hadisəni törətmişəm. Hadisədən 20 il keçib və bu illər ərzində ortada bir dənə də olsun sübut yoxdur. İttihamda yazılanlar sanki bir filmdir”.

Məhkəmə təqsirləndirilən şəxsə ifadə verməyi təklif etsə də, o, hazırkı mərhələdə ifadə verməkdən imtina edib.

Prosesdə qətlə yetirilən E.Əliyevin hüquqi varisi, atası Fədai Əliyev dindirilib. O deyib ki, oğlunun ölüm xəbərini hadisə günü gecə saat 05:00 radələrində alıb: “Elçinin cənazəsini dostları - Nazim İbrahimovla Səməd Novruzov gətirdi. Səməd qardaşı Mədətə zəng edib dedi ki, Elçini general öldürüb. Oğlumun yeddi mərasimindən sonra Ukraynaya getdim. Orada 3 il cinayət işini şəxsən özüm araşdırmışam. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm”.

F.Əliyev qeyd edib ki, Kiyevdə bu işlə bağlı 50 nəfərlə danışıb: “Mənə mərhum Məzahir Şıxəliyevin dediklərinə görə, orada səfirliyin binasında oturub çay içiblər. Daha sonra səfirliyin yaxınlığında olan kafedə oğlumla Məzahir oturublar, pivə içiblər. Həmin vaxt Rövşən də ora gəlib. Elçinlə Rövşənin arasında mübahisə düşüb. Çölə çıxanda Rövşən oğlumu qətlə yetirib, Məzahiri isə yumruqla vurub. Elçin ölümündən əvvəl Məzahirə bildirib ki, onu Rövşən bıçaqla vurub, bir neçə dəqiqə sonra orada ölüb. Məzahir hadisədən sonra hazırda fövqəladə hallar nazirinin müavini olan Orucəli Hacıyevə zəng edərək Rövşənin Elçini öldürdüyünü söyləyib”.

Prokurorun suallarını cavablandıran F.Əliyev bildirib ki, hadisə ilə bağlı ilkin olaraq mərhum Qüdrət Əhmədov saxlanılıb: “Qüdrət oğlumun tanışı olub. Onu hadisədən sonra tanımışam. Bu iş üzrə 1 aydan artıq saxlanılıb. Qüdrət mənə şəxsən dedi ki, Rövşən ona qətli üstünə götürmək üçün 40 min dollar və 3 otaqlı mənzil təklif edib. O da Rövşənin təklifini rədd edib”.

Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04:00 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Son xəbərlər