Naxçıvanda maraqlı məhkəmə: Arvad işləmək istədiyi üçün ər ondan boşanır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 Məktəbli çantası yüngül, rahat və uşağın çəkisinə uyğun olmalıdır  |     23:46 ABŞ Avstraliyada hərbi kontingentini artırır  |     23:39 Həbib Nurməhəmmədov: "Nəriman Abbasovu bilərəkdən rəqib seçmişik"  |     23:28 Koronavirusdan ölənin meyitini niyə evə qoymurlar - Ölüdən virus keçirmi?  |     23:20 Koronavirus kanalizasiya suları ilə dənizə yaylır  |     23:13 Dördüncü dalğa əvvəlki 3 dalğadan da güclü olacaq - Ekspertdən SƏBƏBLƏR  |     23:06 Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz  |     22:59 "Taliban" müqavimət cəbhəsi ilə danışıqlara başlayır  |     22:50 Pele yenidən reanimasiya şöbəsinə köçürülüb  |     22:44 Qadınlardan ibarət futbol millimiz Rusiyaya məğlub olub  |     22:32 Bakıda intiharın qarşısı alınıb  |     22:20 Tovuzda avtomobil 32 yaşlı qadını vurub  |     22:13 Pəncşirdə yollar açılıb, kommunikasiyalar bərpa edilib  |     22:10 Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - Faktiki hava  |     22:06 Türkiyə əsgəri İraqda həlak olub  |     21:58 Cib kalkulyatoru və ev kompüterlərinin ixtiraçısı vəfat edib - FOTO  |     21:46 Niderlandlı caz ustaları Bakıda konsert verib  |     21:39 Naxçıvanda gömrükdən 134 kq narkotik keçirmək istədilər  |     21:24 Ombudsman Ağdamda minatəmizləyənləri təltif edib  |     21:14 Millət vəkili: “Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir” – VİDEO  |    

Naxçıvanda maraqlı məhkəmə: Arvad işləmək istədiyi üçün ər ondan boşanır
Naxçıvanda kişi iş axtaran həyat yoldaşından boşanıb.

“Qafqazinfo” xəbər verir ki, Şahbuz rayon sakini Elnur Əliyev məhkəməyə müraciət edərək həyat yoldaşı Fərqanə Əliyevadan boşanmaq istədiyini bildirib.

Məhkəmədə boşanmasının səbəbini izah edərkən Elnur Əliyev bildirib ki, Fərqanə onu saymadığı üçün ayrılır: “2016-cı ildə ailə qurmuşuq, amma 2018-ci ildə rəsmi nikaha daxil olduq. İki övladımız var. Fərqanə ilə ailə qurandan sonra təxminən bir-iki il normal yola gedirdik, sonradan münasibətlərimiz tamamilə pozuldu. Buna səbəb isə Fərqanənin məni saymaması, məni eşitməməsi və özbaşına iş axtarmasıdır. Fərqanə məndən xəbərsiz anası evinə gedirdi. Ona mobil telefon işlətməməsini deyirdim, amma buna əhəmiyyət vermirdi. Buna görə də aramızda mübahisə yaranırdı. Sonra Fərqanə evi tərk etdi. Mən də artıq boşanmaq qərarına gəldim”.

E.Əliyev qeyd edib ki, ötən ilin noyabrın 8-dən bəri ayrı yaşayırlar, uşaqlar da analarının yanında qalır: “Bu müddət ərzində uşaqlara hər-hansı maddi yardım etməmişəm. Fərqanənin tələb etdiyi kimi, bir uşağa görə 170 manat alimenti  ödəyə bilməyəcəm. Fəhlə işləyirəm, 230 manat maaş alıram. Hər uşaq üçün 100 manat miqdarında aliment ödəyə bilərəm”.
Məhkəmədə sualları cavablandıran Fərqanə Əliyeva bildirib ki, Elnur ilə münasibəti son bir neçə aydır pozulub: “Buna səbəb isə Elnurun son zamanlar çox spirtli içki qəbul etməsidir. Sonuncu dəfə Elnurdan icazə alıb anamgilə getdim, amma evə qayıtdıqdan sonra Elnurla onun anası məni evdən qovdular. Buna görə mübahisə etdik, Elnur mənə “bizdən ailə olmaz. Səninlə birlikdə yaşamaq istəmirəm”, - dedi. Bundan sonra ayrı yaşamağa başladıq, uşaqlar isə mənimlə qalır”.
Məhkəmə onların tələbini nəzərə alaraq boşanma barədə qərar çıxarıb. Uşaqların ananın yanında qalmasına, atanın isə hər uşağa görə aylıq 115 manat aliment ödəməsinə qərar verilib.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            159 28.07.21 21:02