Məhdudiyyətlərin götürüldüyü Britaniyada koronavirusdan ölənlərin sayında kəskin artım » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 Məktəbli çantası yüngül, rahat və uşağın çəkisinə uyğun olmalıdır  |     23:46 ABŞ Avstraliyada hərbi kontingentini artırır  |     23:39 Həbib Nurməhəmmədov: "Nəriman Abbasovu bilərəkdən rəqib seçmişik"  |     23:28 Koronavirusdan ölənin meyitini niyə evə qoymurlar - Ölüdən virus keçirmi?  |     23:20 Koronavirus kanalizasiya suları ilə dənizə yaylır  |     23:13 Dördüncü dalğa əvvəlki 3 dalğadan da güclü olacaq - Ekspertdən SƏBƏBLƏR  |     23:06 Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz  |     22:59 "Taliban" müqavimət cəbhəsi ilə danışıqlara başlayır  |     22:50 Pele yenidən reanimasiya şöbəsinə köçürülüb  |     22:44 Qadınlardan ibarət futbol millimiz Rusiyaya məğlub olub  |     22:32 Bakıda intiharın qarşısı alınıb  |     22:20 Tovuzda avtomobil 32 yaşlı qadını vurub  |     22:13 Pəncşirdə yollar açılıb, kommunikasiyalar bərpa edilib  |     22:10 Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - Faktiki hava  |     22:06 Türkiyə əsgəri İraqda həlak olub  |     21:58 Cib kalkulyatoru və ev kompüterlərinin ixtiraçısı vəfat edib - FOTO  |     21:46 Niderlandlı caz ustaları Bakıda konsert verib  |     21:39 Naxçıvanda gömrükdən 134 kq narkotik keçirmək istədilər  |     21:24 Ombudsman Ağdamda minatəmizləyənləri təltif edib  |     21:14 Millət vəkili: “Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir” – VİDEO  |    

Məhdudiyyətlərin götürüldüyü Britaniyada koronavirusdan ölənlərin sayında kəskin artım
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı kəskin şəkildə artaraq 2021-ci ilin martından bəri rekord göstəriciyə çatıb.

Bu barədə “Reuters” xəbər yayıb.

Bildirilir ki, ölkədə ardıcıl yeddinci gündür koronavirus xəstələrinin sayı azalmır. Belə ki, son bir sutkada Britaniyada 23 511 yeni yoluxma və 131 ölüm halı qeydə alınıb.

Bundan başqa COVID-19 xəstələrinin sayı xəstəxanalarda da durmadan artır və hazırda 5 918 nəfərə çatıb (Mart ayından bəri ən yüksək göstəricidir).

Həyəcanverici statistika ilə əlaqədar olaraq ölkənin Baş naziri Boris Conson məhdudiyyətlərin çoxunun qaldırılmasına baxmayaraq, hər kəsi soyuqqanlı olmağa və pandemiya ilə əlaqədar ehtiyatlı olmağa səsləyib.

Qeyd edək ki, ingiltərəli epidemioloq Nil Ferguson Britaniyanın COVID-19-u bir neçə aya məğlub edə biləcəyinə inanır. Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət oktyabr ayına qədər xeyli yaxşılaşacaq.

Xatırladaq ki, iyulun 19-dan bəri Britaniya hökuməti ölkədəki demək olar ki, bütün koronavirus məhdudiyyətlərini ləğv etdi: sakinlərə tibbi maskasız gəzməyə, böyük qruplar halında toplaşmağa icazə verilib, həmçinin yüksək epidemioloji riskə sahib olan müəssisələrin yenidən açılmasına icazə verilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            126 28.07.21 17:55