Clubhouse-da dəvətnamə sistemi ləğv edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 Məktəbli çantası yüngül, rahat və uşağın çəkisinə uyğun olmalıdır  |     23:46 ABŞ Avstraliyada hərbi kontingentini artırır  |     23:39 Həbib Nurməhəmmədov: "Nəriman Abbasovu bilərəkdən rəqib seçmişik"  |     23:28 Koronavirusdan ölənin meyitini niyə evə qoymurlar - Ölüdən virus keçirmi?  |     23:20 Koronavirus kanalizasiya suları ilə dənizə yaylır  |     23:13 Dördüncü dalğa əvvəlki 3 dalğadan da güclü olacaq - Ekspertdən SƏBƏBLƏR  |     23:06 Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz  |     22:59 "Taliban" müqavimət cəbhəsi ilə danışıqlara başlayır  |     22:50 Pele yenidən reanimasiya şöbəsinə köçürülüb  |     22:44 Qadınlardan ibarət futbol millimiz Rusiyaya məğlub olub  |     22:32 Bakıda intiharın qarşısı alınıb  |     22:20 Tovuzda avtomobil 32 yaşlı qadını vurub  |     22:13 Pəncşirdə yollar açılıb, kommunikasiyalar bərpa edilib  |     22:10 Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - Faktiki hava  |     22:06 Türkiyə əsgəri İraqda həlak olub  |     21:58 Cib kalkulyatoru və ev kompüterlərinin ixtiraçısı vəfat edib - FOTO  |     21:46 Niderlandlı caz ustaları Bakıda konsert verib  |     21:39 Naxçıvanda gömrükdən 134 kq narkotik keçirmək istədilər  |     21:24 Ombudsman Ağdamda minatəmizləyənləri təltif edib  |     21:14 Millət vəkili: “Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir” – VİDEO  |    

Clubhouse-da dəvətnamə sistemi ləğv edilib
Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edilib. Bundan sonra istənilən Android və iOS istifadəçisi sözügedən sosial şəbəkənin tətbiqindən rahatlıqla istifadə edə biləcək. Qeyd etmək lazımdır ki, bundan əvvəl Clubhouse-dan yalnız dəvətnamə vasitəsilə istifadə etmək mümkün idi. Yəni hər hansısa istifadəçi bu sosial şəbəkəyə daxil olmaq üçün digər şəxsdən dəvətnamə əldə etməli idi. İndi isə bu sistem ləğv edilib. Dəvətnamə sisteminin ləğv edilməsi münasibətilə tərtibatçılar tətbiqin yeni versiyasını təqdim ediblər və o artıq Google Play ilə App Store-da aktivdir.

Clubhouse təmsilçilərinin sözlərinə əsasən ilkin mərhələdə dəvətnamə sistemi ona görə inteqrasiya edilmişdi ki, onlar serverlərin güclərini tədricən artırmaq istəyirdilər. Şirkət həmçinin bir sıra statistikanı da təqdim edib. Beləliklə verilmiş məlumata əsasən şirkətin işçi sayı 10-dan 58-ə yüksəlib. Bugünki günə olan statistikaya əsasən Clubhouse-da 500.000 otaq mövcuddur və bununla belə sosial şəbəkənin istifadəçi kütləsi 10 milyon təşkil edir. Tərtibatçılar gələcəkdə 1-2 həftədən bir Clubhouse üçün yenilənmələr təqdim etməyi planlaşdırırlar. Həmin yenilənmələr sosial şəbəkənin funksionallığını genişləndirəcəklər.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            162 27.07.21 22:16