COVID-19 pasportunu yoxlayan tətbiq hazırlandı - Bu tarixdən istifadəyə veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 Məktəbli çantası yüngül, rahat və uşağın çəkisinə uyğun olmalıdır  |     23:46 ABŞ Avstraliyada hərbi kontingentini artırır  |     23:39 Həbib Nurməhəmmədov: "Nəriman Abbasovu bilərəkdən rəqib seçmişik"  |     23:28 Koronavirusdan ölənin meyitini niyə evə qoymurlar - Ölüdən virus keçirmi?  |     23:20 Koronavirus kanalizasiya suları ilə dənizə yaylır  |     23:13 Dördüncü dalğa əvvəlki 3 dalğadan da güclü olacaq - Ekspertdən SƏBƏBLƏR  |     23:06 Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz  |     22:59 "Taliban" müqavimət cəbhəsi ilə danışıqlara başlayır  |     22:50 Pele yenidən reanimasiya şöbəsinə köçürülüb  |     22:44 Qadınlardan ibarət futbol millimiz Rusiyaya məğlub olub  |     22:32 Bakıda intiharın qarşısı alınıb  |     22:20 Tovuzda avtomobil 32 yaşlı qadını vurub  |     22:13 Pəncşirdə yollar açılıb, kommunikasiyalar bərpa edilib  |     22:10 Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - Faktiki hava  |     22:06 Türkiyə əsgəri İraqda həlak olub  |     21:58 Cib kalkulyatoru və ev kompüterlərinin ixtiraçısı vəfat edib - FOTO  |     21:46 Niderlandlı caz ustaları Bakıda konsert verib  |     21:39 Naxçıvanda gömrükdən 134 kq narkotik keçirmək istədilər  |     21:24 Ombudsman Ağdamda minatəmizləyənləri təltif edib  |     21:14 Millət vəkili: “Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir” – VİDEO  |    

COVID-19 pasportunu yoxlayan tətbiq hazırlandı - Bu tarixdən istifadəyə veriləcək
Elektron Hökumətin İnkişafı Mərkəzi COVID-19 pasportlarının yoxlanılması üçün xüsusi mobil tətbiq hazırlayıb.

Mərkəzin direktoru Fariz Cəfərov bildirib ki, mobil tətbiq sentyabrın 1-dən etibarən istifadəyə veriləcək.

Tətbiqdən Nazirlər Kabinetinin qərarı ilə nəzərdə tutulan qurumların və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxsləri istifadə edəcəklər.

Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə həmin şəxsin COVID-19 pasportunun olub-olmaması yoxlanılacaq. Əgər vətəndaşın COVID-19 pasportu yoxdursa, o, Nazirlər Kabinetinin müəyyən etdiyi məkanlara buraxılmayacaq.

Qeyd edək ki, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            132 27.07.21 16:59