Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:32 Braziliyada dağıdıcı qasırğa: 3 nəfər ölüb, minlərlə ev zərər görüb - Video | 14:26 Gəncədə evdə yanğın: İki nəfər zəhərləndi | 14:21 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi | 14:19 Saatlıda avtomobil yanıb kül oldu - Anbaan video | 14:08 Masallıda ustanı işlədiyi evdə elektrik cərəyanı vurdu: Yolda öldü | 14:06 Xaçmazda 15 yaşlı məktəbli qızın meyiti tapıldı | 14:03 Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib | 13:54 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı | 13:46 Sabah hava necə olacaq? - 22.11.2026 | 13:40 Depressiyanın müalicəsində müsbət nəticə: İdman yaddaş və diqqətə kömək edə bilər | 13:37 Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı | 13:30 Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifasını paylaşdı - Video | 13:22 Bakı-Şamaxı-Yevlax yolunda təhlükəli vəziyyət: Qəza riski yaranıb | 13:19 Uşağına aliment ödəməyən qadın cəzalandırıldı | 13:11 Peruda güclü zəlzələ oldu | 13:03 Maşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı | 22:54 Zirədə evlərdən oğurluq edən yeznə-qayın 5,5 il həbs edildi | 22:44 "Şərur İnşaat"ın binasında lift problemi: Pul verməyən sakinlər liftə buraxılmır | 22:38 Dünyanın ən dadlı pendiri seçildi - Birinci yeri Fransa məhsulu tutdu | 22:32 Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə! |
Mojo.az Avto
Mojo.az Avto

BDU-dan müşavirin və əməkdaşının bıçaqlanmasına REAKSİYA - YENİLƏNİB + FOTO

27.07.2021 15:51 5 688
BDU-dan müşavirin və əməkdaşının bıçaqlanmasına REAKSİYA - YENİLƏNİB + FOTO
27 iyul saat 11:00 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

BDU-dan verilən məlumata görə, xəsarət alan hər iki şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.

Hadisəni törətməkdə təqsirli bilinən universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

* * * * *

Bakı Dövlət Universitetinin əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevin bıçaqlanmasının təfərrüatı açıqlanıb.


Hadisəyə səbəb BDU-nun iki əməkdaşını bıçaqlamaqda şübhəli bilinən İsmixan Mirzəyevin əmək müqaviləsini uzadılmaması göstərilib.

Faktla bağlı araşdırmalar aparılır.

* * * * *


DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Dövlət Universitetinin əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

* * * * *

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.


Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə BDU-da baş verib.

Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.


Son xəbərlər