55 yaşlı qadını amansızlıqla öldürən şəxs həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |     22:03 Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib  |     21:33 Ermənistanda polis rəisinin müavini avtomobillə vuruldu  |     21:22 Azərbaycan XİN Çilini təbrik edib  |     21:08 Gəncədə piyadanı avtomobil vurub öldürdü  |     21:07 Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub  |     20:37 Səfər Mehdiyev Kunio Mikuriya ilə görüşdü  |     20:16 Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub  |     19:52 Narkotik qəbul edərək taksi sürən şəxs tutuldu  |    

55 yaşlı qadını amansızlıqla öldürən şəxs həbs edildi
5 aprel 2021-ci il tarixdə Şəmkir rayonu, İrmaşlı kənd sakini 1966-cı il təvəllüdlü Aybəniz Alıyevanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Şəmkir Rayon Prokurorluğu məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qohumu və həmkəndlisi Rəşad Tağıyev qeyd edilən tarixdə quldurluq niyyəti ilə Aybəniz Alıyevanın yaşadığı evə qanunsuz daxil olub, silah qismində istifadə etdiyi müxtəlif əşyalarla çoxsaylı xəsarətlər yetirərək sonuncunu xüsusi amansızlıqla qəsdən öldürüb.

Rəşad Tağıyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            171 27.07.21 13:38