Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:44 Məzuniyyətlə bağlı qaydalar dəyişir | 16:36 Milli Məclis yaşayış minimumunun artmasına razılıq verdi | 16:26 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı qanunda dəyişikliklər edildi | 16:04 Mərkəzi Bankın səlahiyyətləri artırıldı | 15:51 Prezident Özbəkistanla iki sənədi təsdiqlədi | 15:46 Gürcüstanlı nazir xüsusi nümayəndə heyəti ilə Bakıya gəlib | 15:40 Azərbaycandan Rusiyaya saxta sənədlərlə ehtiyat hissələri keçirmək istədilər | 15:34 Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək | 15:24 Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO | 15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

27.07.2021 13:32 4 476
İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Görüşdə Türkiyə Böyük Millət Məclisi sədrinin ölkəmizə səfərinin Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edildi. Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunularaq bildirildi ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulandı.

Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün önəmi qeyd edilərək bildirildi ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Vurğulandı ki, Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri mövcuddur. Həm Türkiyə, həm də Pakistanın Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəyinin mühüm rolu qeyd edildi.

Söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirildi.

Görüşdə Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının da uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.

Son xəbərlər