Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı yeni qərarlar qəbul edildi - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:04 Fransa və ABŞ arasında diplomatik qalmaqal: Rəsmi Paris Vaşinqtondakı səfirini geri çağırdı  |     14:01 Makronu Hitlerə bənzədən şəxs cərimələndi  |     13:44 Bu gün Milli Musiqi Günüdür  |     13:42 Lukaşenko Polşa və Litva şəhərlərini Belarus torpağı adlandırdı  |     13:34 Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib  |     13:13 Narkotik yetişdirən Şəmkir sakini saxlanıldı  |     23:53 Məktəbli çantası yüngül, rahat və uşağın çəkisinə uyğun olmalıdır  |     23:46 ABŞ Avstraliyada hərbi kontingentini artırır  |     23:39 Həbib Nurməhəmmədov: "Nəriman Abbasovu bilərəkdən rəqib seçmişik"  |     23:28 Koronavirusdan ölənin meyitini niyə evə qoymurlar - Ölüdən virus keçirmi?  |     23:20 Koronavirus kanalizasiya suları ilə dənizə yaylır  |     23:13 Dördüncü dalğa əvvəlki 3 dalğadan da güclü olacaq - Ekspertdən SƏBƏBLƏR  |     23:06 Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz  |     22:59 "Taliban" müqavimət cəbhəsi ilə danışıqlara başlayır  |     22:50 Pele yenidən reanimasiya şöbəsinə köçürülüb  |     22:44 Qadınlardan ibarət futbol millimiz Rusiyaya məğlub olub  |     22:32 Bakıda intiharın qarşısı alınıb  |     22:20 Tovuzda avtomobil 32 yaşlı qadını vurub  |     22:13 Pəncşirdə yollar açılıb, kommunikasiyalar bərpa edilib  |     22:10 Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - Faktiki hava  |    

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı yeni qərarlar qəbul edildi - RƏSMİ
Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərində dəyişikliklər edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən:

dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:

-mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

-mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

Bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin işçilərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının olması tələb olunan iş və xidmət sahələrinin siyahısı əlavə edilmişdir.

Eni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunur;

Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

-ictimai iaşə müəssisələrində;

-mehmanxanalarda;

-iri ticarət mərkəzlərində.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 955 26.07.21 15:17