Azərbaycan-Yunanıstan Birgə Komissiyanın tərkibi dəyişib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:08 Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO  |     12:07 Yenidən qurulan Qarabağdan son GÖRÜNTÜLƏR - VİDEO  |     12:04 Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA (VİDEO)  |     12:03 Sulutəpədə qadını maşın vurub parçaladı  |     11:51 Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |     11:38 Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək  |     11:21 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |    

Azərbaycan-Yunanıstan Birgə Komissiyanın tərkibi dəyişib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla “Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2015 nömrəli sərəncamı ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İnvestisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsinin müdiri.”.

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilmiş dəyişikliklər barədə Yunanıstan Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            327 23.07.21 19:57