Karantin qaydalarını pozan bir neçə restoran sahibi cəzalandırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Karantin qaydalarını pozan bir neçə restoran sahibi cəzalandırıldı

Bir neçə rayonda karantin rejimi qaydalarını pozan toy sahibləri məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qoşabulaq kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Araşdırmalar zamanı məlum olub ki, kənd sakini 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan rayonun Seyidan kənd sakini Eldayar Quliyevin fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 65 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqanda yerləşən “Toğrul Palace” şadlıq sarayında təşkil edilən toy məclisinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi, fərdi yaşayış evində keçirilən digər bir toy məclisində isə qonaqların sayının normadan artıq olduğu müəyyən edilib.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            258 23.07.21 13:52