İmişli və Kürdəmirdə karantin qaydalarını pozan restoran sahibləri CƏRİMƏLƏNDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |    

İmişli və Kürdəmirdə karantin qaydalarını pozan restoran sahibləri CƏRİMƏLƏNDİ

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, adı çəkilən şadlıq sarayında keçirilən toy mərasimində icazə verilən həddən artıq 200 nəfər qonağın iştirak etməsi müəyyən olunub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının inzibatçısı E.Usubov 4 000 manat, toy mərasiminin təşkilatçısı S.Şıxəliyev isə 400 manat məbləğində cərimə olunub.

Kürdəmirdə keçirilən tədbirlər zamanı toy mərasimlərində iştirak edən şəxslərin COVID-19 pasportları da yoxlanılıb. Peyvənd olunmayan şəxslər məclislərə buraxılmayıb.

Tədbirlər zamanı qayda pozuntusuna aşkar edildiyi saraylarda obyekt sahibləri barədə qanunamüvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi qaydalarını pozduqlarına görə “Miraj” və “Nicat” şadlıq evlərinin hər ikisi ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 4000 manat cərimə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            534 23.07.21 13:30