Azərbaycan bu il 900 milyon manata yaxın borc qaytarıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |    

Azərbaycan bu il 900 milyon manata yaxın borc qaytarıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin xərcləri 12 070,8 milyon manat proqnoza qarşı 11 590,5 milyon manat və yaxud 96% icra edilib.

Median.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, büdcə xərclərinin 7 654,9 milyon manatı və yaxud 66%-i cari xərclər, 3 052,1 milyon manatı və yaxud 26,4%-i əsaslı xərclər (ötən ilin eyni dövrü ilə müqayisədə 500,2 mln manat və yaxud 19,6% çox), 883,5 milyon manatı və yaxud 7,6 %-i isə dövlət borcuna və öhdəliklərinə xidmət xərcləridir (ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon manat və yaxud 0,3% çox).

İqtisadi təsnifata uyğun olaraq I yarımildə büdcə xərclərinin 44,1%-i və yaxud 5 111,7 milyon manat sosialyönümlü xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 127,3 milyon manat və ya 2,6 % çoxdur.
Büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanlarının qəbul etdiyi öhdəliklər tam və vaxtında maliyyələşdirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            270 22.07.21 23:28