Əli Əsədov: “Peyvəndləmə prosesində aşkar edilən neqativ hallara qarşı nəzarət gücləndiriləcək” » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |    

Əli Əsədov: “Peyvəndləmə prosesində aşkar edilən neqativ hallara qarşı nəzarət gücləndiriləcək”

“Peyvəndləmənin yüksək sürətlə aparılması üçün həm texniki imkanlar, həm də kifayət qədər peyvənd ehtiyatı var”.

Bunu Baş nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov keçirdiyi Qərargahın geniş tərkibdə respublika müşavirəsində deyib.

Hökumət başçısı bildirib ki, Operativ Qərargah şənliklərin keçirildiyi obyektlərin sahiblərinin nəzərinə bir daha çatdırır ki, bütün məsuliyyət onların üzərindədir və qayda pozuntuları ilə bağlı qəti və sərt tədbirlər görüləcək.

Müşavirədə peyvəndləmə prosesində aşkar edilən neqativ hallara qarşı nəzarətin gücləndirilməsi və sərt tədbirlərin görülməsi məsələsi də müzakirə olunub.

Diqqətə çatdırılıb ki, peyvəndləmənin yüksək sürətlə aparılması üçün həm texniki imkanlar, həm də kifayət qədər peyvənd ehtiyatı var.

Peyvəndlənmənin sürətinin artırılması üçün Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinə səyyar vaksinasiya briqadalarının sayının artırılması da daxil olmaqla konkret tapşırıqlar verilib.

Sonda Baş nazir Əli Əsədov vətəndaşlara müraciət edərək bildirib ki, peyvəndlənmə xəstəliyin qarşısını almaq üçün ən təsirli vasitədir. Pandemiyanın əvvəlindən nümayiş etdirdiyimiz həmrəyliyimizi peyvəndlənmə mərhələsində də davam etdirməyimiz vacibdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            384 21.07.21 23:13